Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Əlişir Nəvai və XXI əsr” mövzusunda onlayn konfransda Azərbaycan təmsil olunub.


Daşkənddəki Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” mövzusundakı onlayn elmi-praktik konfransda Azərbaycan alimləri də çıxış edib.

Konfransa Özbəkistandan və Azərbaycandan başqa Türkiyə, Rusiya, Tacikistan, Əfqanıstan və digər ölkələrin alimləri qatılıb.

Konfransı universitetin rektoru, professor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Nizami Gəncəvi və Məhəmməd Füzuli özbək xalqı üçün nə qədər doğma və əzizdirsə, Əlişir Nəvai də Azərbaycan xalqı üçün o qədər doğma və əzizdir. Azərbaycan alimləri Əlişir Nəvai ilə bağlı keçirilən konfranslarda həmişə həvəslə iştirak ediblər. Əlişir Nəvai özbək xalqının dünya ədəbiyyatına bəxş etdiyi nadir simadır. Böyük şair ortaq türk ədəbiyyatının zirvəsində dayanan böyük ustaddır. Əlişir Nəvai böyük şair, dilçi alim, tarixçi, filosof olmaqla yanaşı, həm də dövlət xadimidir. Böyük şairin “Xəmsə”si o dövrdə yaradılan “Xəmsə”lər arasında xüsusi yer tutur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin fövqündə duran şəxsiyyətlərdən biridir. O deyib ki, Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof kimi tanınır. Əlişir Nəvai deyəndə özbək dilinin yaradıcısı, XV əsr ədəbi intibahın əsas sütunlarından biri, türkcə yazılmış ilk “Xəmsə”nin müəllifi nəzərdə tutulur.

Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında 2021-ci ildə Özbəkistanda Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və sənət günlərinin keçirildiyini, bu tədbirlər çərçivəsində 2 beynəlxalq konfrans, 3 təqdimat, konsert proqramı, miniatür və əlyazmaların sərgisi, filmlərin nümayiş etdirildiyini, Nizami Gəncəvinin və Əlişir Nəvainin Türkiyə və Azərbaycanın arxiv və kitabxanalarında saxlanılan nadir əlyazmaları alınaraq Özbəkistanın Şərqşünaslıq İnstitutuna və Nəvai Universitetinə hədiyyə edildiyini qeyd edib. O, ötən il ilk dəfə olaraq Əlişir Nəvainin “Xəmsə”si azərbaycanlı alim Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edildiyini, habelə Nəvainin kəlamları və beş risalə əsərinin nəşr edildiyini bildirib.

AMEA Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin son dastanındakı tarixin nağılı” mövzusundakı məruzəsi də maraqla qarşılanıb.

07.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası