Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Azərbaycanın xalq şairi Vahid Əzizlə görüş keçirilib.


Özbəkistan Yazıçılar Birliyinin dəvəti ilə Daşkənddə olan Azərbaycanın xalq şairi Vahid Əzizlə görüş keçirilib.

Özbəkistan Yazıçılar Birliyində baş tutan tədbirdə bir qrup şair və yazıçıların iştirakı ilə baş tutub.

Tədbirdə giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid qonaqları salamlayaraq Azərbaycanın xalq şairi Vahid Əzizin Özbəkistana səfərini bütün poeziyasevrlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Zəngin ənənələrə malik Azərbaycan poeziyasının Özbəkistanda bu gün də çox sevildiyini qeyd edən natiq bu cür görüşlərin ədəbi əlaqələrin genişlənməsinə təsir göstərdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycanın xalq şairi Vahid Əziz dəvət üçün Özbəkistan Yazıçılar Birliyinə öz təşəkkürünü bildirib. Axırıncı dəfə təxminən qırx il bundan öncə Özbəkistanda olduğunu bildirən Vahid Əziz bu səfərin və özbək poeziyasevərləri ilə görüşlərin onda böyük həyacan yaratdığını qeyd edib.

Daha sonra çıxış edən Özbək alim, filoloq Nurbay Cabbarov, Özbəkistanın tanınmış şairəsi Xasiyyət Rüstəm iki ölkə arasında ədəbi əlaqələrdən söz açaraq, ruhən yaxın olan bu iki xalqın poetik zövqlərinin də eyni olduğunu vurğulayıblar. Günümüzdə iki qardaş ölkənin şairlərinin, söz sənət ustadlarının çox sıx əlaqədə olduğunu, qarşılıqlı görüşlərin, səfərlərin həyata keçirildiyini qeyd edən natiqlər bütün bunların poeziyalarımızn inkişafına, yeni axtarışlara rəvac verdiyini vurğulayıblar.

Digər çıxışçı yazıçı, tərcüməçi Babaxan Şərif iki qardaş xalq poeziyası arasında oxşar cəhətlərdən söz açaraq qarşılıqlı tərcümələrin, xüsusi ilə də ikidilli nəşrlərin hər iki poeziyanı inkişafına, yeni stil, üslub, məna, janr rəngarəngliyinə səbəb olduğunu qeyd edib. Babaxan Şərif poeziyanın yayılması, təbliği, poeziyasevərlərə əlçatanlığı baxımından şeir antologiyalarının, almanaxların nəşrinin vacibliyindən söz açaraq bu qəbildən olan nəşrlərin xüsusilə gənc şairlərin yaradıcılığına stimul verdiyini qeyd edib.

Daha sonra çıxış edən Özbəkistanın tanınmış yazıçı-dramaturqu Kuçkar Norkabil iki ölkə arasında ədəbi əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin, tərcümələrin, birgə konfrans, seminar, simpoziumların, forumların keçirilməsinin faydalı olduğunu qeyd edib. Özbəkistanda Azərbaycan ədəbiyyatına, poeziyasına böyük sevgi və rəğbətin olduğunu qeyd edən natiq özbəkistanlı şair və yazıçıların Azərbaycanda da eyni coşqu ilə qarşılandıqlarını vurğulayıb.

Görüşdə Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələrdən danışılıb, iki xalq yazıçısının özbək və Azərbaycan dillərində nəşr olunan əsərləri və gələcək tərcümə prosesləri müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

28.10.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası