XƏBƏRLƏR 2023
Özbək jurnalistlərin Azərbaycana, işğaldan azad edilmiş bölgələrə
Mediaturu başlayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana cari ilin 16-20 noyabr tarixlərində “Meda-tur”u keçirilir. Media-tur iştirakçıları Azərbaycanın Bakı, Füzuli, Şuşa rayonlarında olacaq, silsilə məqalələr və videoçəkilişlər hazırlayacaqlar.
Media-tur “Heydər Əliyev ili” və TÜRKSOY tərəfindən 2023-cü il üzrə Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar təşkil olunur.
Media-turda Özbəkistanın “O'zbekiston”, “Uzbekistan-24”, “Sevimli TV” telekanallarının təmsilçiləri, tanınmış fotojurnalist və blogerlər iştirak edirlər.
Media-turun təşkil edilməsində əsas məqsəd Azərbaycanın əldə etdiyi nailiyyətlər, mədəniyyət və turizm sahəsi, Ermənistanın işğalçılıq siyasəti və işğaldan azad edilən bölgələrimizdə həyata keçirdiyi vandallıq, şəhər və kəndlərimizin, milli mədəni irsimizin dağıdılması, bu ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işləri, minatəmizləmə əməliyyatı barədə Özbəkistan və Mərkəzi Asiya ictimaiyyətini məlumatlandırmaqdır.
Media-tur zamanı heyətin Füzuli rayonunda Özbəkistan dövlətinin layihəsi ilə inşa edilmiş məktəb kompleks ilə tanışlıq da nəzərdə tutulub.
Özbək jurnalistlər artıq Bakıda Hərbi Qənimətlər Parkında çəkilişlər aparıblar.
16.11.2023