Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibəti ilə bayram tədbiri keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr – dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında dünya azərbaycanlıların həmrəylik günü haqqında məlumat verib, qeyd edib ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Ulu öndər Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

Hüseyn Quliyev soydaşlarımızın həmrəyliyi və onların Azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi ideyasının Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri və bu həmrəylik gününün dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla soydaşımızın bayramı olduğunu qeyd edib.

Səfir yola saldığımız 2023-cü ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, ötən ildə ölkə başçılarının qarşılıqlı səfərlər reallaşdırdıqlarını, dövlətlərimiz arasındakı münasibətlərin artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Sonra Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində xidmətləri olan bir qrup incəsənət xadiminə və jurnalistlərə Fəxri diplom və xüsusi Statuet təqdim edilib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim edilib.

Konsert proqramında azərbaycanlı müğənnilər Rəna Əzizova, habelə Özbək Davron Kadırov müxtəlif Azərbaycan musiqi nömrələrini ifa etmiş, tanınmış saz ustası İlham Abdullayev oyun havalarımızı səsləndirmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı tərəfndən isə milli rəqslərimiz təqdim olunub.

29.12.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası