Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

html5 slider by WOWSlider.com v8.8

Azərbaycanda VI Beynəlxalq Muğam Festivalı başlayır.


Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Festival çərçivəsində Azərbaycanın Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.

İyunun 18-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə tanınmış musiqiçilər Ənvər Sadıqov və Emil Əfrasiyabın çıxışları ilə açılış mərasimi baş tutacaq.

Festival iyunun 19-da İrandan Mahan Mirarabın gitarada, həmyerlimiz Elçin Şirinovun pianoda ifası və Beynəlxalq muğam müsabiqəsi ilə Azərbaycan Milli Konservatoriyasında davam edəcək.

Həmin gün Beynəlxalq Muğam Mərkəzində Əfqanıstanı təmsil edən musiqiçi Daud Khan Sadozainin konserti, Daş Salnaməsi Muzeyində isə Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər – Təyyar Bayramovun, Babək Niftəliyevin, Sevinc Sarıyevanın, xanəndələr Hüseyn Məlikovun, Aytən Məhərrəmovanın və Mirələm Mirələmovun iştirakı ilə muğam axşamı keçiriləcək.

Üçüncü gün Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq muğam müsabiqəsi və Azərbaycan Tarix Muzeyində Beynəlxalq Simpozium keçiriləcək. Bununla yanaşı, Azərbaycan Milli Konservatoriyasında azərbaycanlı pianoçu Etibar Əsədlinin, Milli Kamera və Orqan musiqisi zalında isə xanəndə Səkinə İsmayılovanın, Hindistandan vokalçı Vasumathi Badrinathanın, violin ifaçısı Jyotsna Srikanthın musiqiləri səslənəcək.

İyunun 21-dən 24-dək Azərbaycan Milli Konservatoriyasında, Milli Azərbaycan Tarix Muzeyində, Daş Salnaməsi Muzeyində, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan musiqisi zalında, Heydər Əliyev Mərkəzində, eləcə də Şuşa və Ağcabədidə Azərbaycan, Özbəkistan, Tacikistan, İordaniya, Misir, Yunanıstan və Hindistan təmsilçilərinin ifaları nəzərdə tutulur.

Festival çərçivəsində 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

İyunun 25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək yekun konserti çərçivəsində festival qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.

17.06.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası