Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan-Özbəkistan dostluğu, mədəni əlaqələrdə xidmətləri olan bir qrup Özbək xadimlərə ali mükafatlar təqdim edilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin 30 avqust tarixli Sərəncamına əsasən Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrində xidmətləri olan Özbəkistan Respublikasının bir qrup mədəniyyət xadimi “Dostluq” ordeni ilə təltif edilib.

Sərəncama əsasən Özbəkistanın xalq artisti Haşimjon İsmayılov, əməkdar artist, Kamoliddin Urunbayev və şair Əli Nəsirli Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif ediliblər. Sözügedən mükafatların bir qismi cari ilin 1-3 avqust tarixlərində Bakıda keçirilən Özbəkistan Mədəniyyət günləri çərçivəsində təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə təltifetmə mərasimi keçirilib.

İlk öncə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Sırdəryada yaşayan soydaşımız, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirliyə “Dostluq” ordeni verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ötən il imzaladığı Sərəncam oxunub və daha sonra orden Əli Nəsirliyə təqdim edilib.

Tədbir çərçivəsində həmçinin, diaspora fəaliyyətlərindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təşşəkürnamələri də təqdim edilib.

Mükafatlar təqdim olunan Özbək alimlər, xadimlər fəaliyyətlərinə verilən qiymətə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirmiş, gələcəkdə də öz fəaliyyətləri ilə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını bildiriblər.

02.09.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası