Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu:
“Çətin idi, amma bacardıq”


“İpək Yolu incisi” XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində gənc rejissorlar üçün “5 gündə film” müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsahibənin mükafatçıların adı açıqlanıb. Dilşod Usmanovun “Uzum” filmi “Ən yaxşı milli qısametrajlı film” nominasiyasında qalib olub. “Ən yaxşı milli qısametrajlı film” nominasiyasında müsabiqədə iştiraka görə “Özbəkistan mənim arzum” filminə görə Hilolə Abdurəsulova və “Omonat” filminə görə Nuriyyə Səfərova layiq görülüblər.

“5 gündə film” müsabiqəsinin əcnəbi iştirakçılarının çəkdiyi filmlər üçün xüsusi nominasiyada 1-ci yerə “Yüz addım” filminə görə Şirin Əhmədova (Azərbaycan), Arzular şəhəri” filminə görə 2-ci yerə Yedisa Toktorova (Qırğızıstan ), “Rişta” filminə görə 3-cü yerə Yakov Podkustov (Rusiya), “ layiq görülüb. Qaliblərə mükafatlar və xatirə hədiyyələri təqdim olunub.

“5 gündə film ” beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasiminin əvvəlində çıxış edən Özbəkistan Kinematoqrafiya Agentliyinin direktoru Firdovsi Abduxolikov bildirib ki, bu müsabiqə müxtəlif ölkələrdən bir sıra gənc rejissorları bir araya gətirdi.

“Bu, təkcə film müsabiqəsi deyil, həm də dostluq, insani dözümlülük kimi anlayışları tərənnüm edən festival layihəsi idi. İştirakçılar ölkəmiz haqqında filmlər çəkdirib və təqdim ediblər. Münsiflər heyətinin üzvləri ən layiqliləri qiymətləndiriblər. Kinofestivalın əsas məqsədi gənclərə imkan yaratmaq, onların öz potensiallarını tam nümayiş etdirmələri üçün şərait yaratmaq və təbii ki, onları həvəsləndirməkdir" - deyə, o bildirib.

Müsabiqə çərçivəsində çəkdiyi qısametrajlı filmi qalib olan Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şirin Əhmədov 1news.az-ın Özbəkistana ezam olunmuş əməkdaşına deyib ki, çətin olsa da 5 gün ərzində komandası ilə yaxşı iş ortaya qoymağı bacardılar.

"Özbəkistana gəlmək xəbəri çıxanda, qalib olmaq üçün nələr edəcəyimizi düşündük. Bu bizim ilk filmimiz deyil, Azərbaycanda da iki filmimiz çəkilib. Ancaq Özbəkistan haqqında 5 gün içində film çəkmək həqiqətən çox çətin idi. 5 gün ərzində qısa və mənalı film çəkməliydik ki, Özbəkistan tarixinə də toxunmalıydıq. Hoteldə qalanda da filmlə bağlı işləyirdik, digər komandalar yatanda biz işləyirdik. Çəkdiyimiz əziyyətin bəhrəsini gördük. İnanırdıq ki, qalib olacağıq”.

“Yüz addım” ideyasının ortaya çıxmasından danışan rejissor deyib ki, addımlar insanı həyatı boyu izləyir.

"Hər addımda insanın başına maraqlı bir hadisə gələ bilər. 100 addım filmdə metabolik məna daşıyır. Çox sevinirəm ki, bizim çatdırmaq istədiyimiz mənanı münsiflər başa düşdü və dəyərləndirdi”.

Filmin operatoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Yusif Qasımov deyib ki, 5 gündə film çəkmək həddindən artıq çətindir.

“Biz filmi Daşkənddə Əmir Teymurun abidəsinin yaxınlığında çəkdik. Əziyyət çəkdik, yuxusuz gecələrimiz oldu. Ancaq filmimiz layiqli qiymətini aldıq. Qalib olduğumuz üçün çox sevincliyik”.

01.10.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası