XƏBƏRLƏR 2024
Daşkənddə keçirilən xeyriyyə aksiyasında Azərbaycan Mədəniyyət Mərkəzi fəal iştirak edib.
Özbəkistanın “İnkluziv hayot” Respublika Əlillər Cəmiyyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd şəhərindəki internat məktəblərində və uşaq evlərində məskunlaşan uşaqlar üçün “Inklyuziv hayot” Beynəlxalq Əlillər Gününə aid xeyriyyə aksiyası tədbiri təşkil ediblər.
Tədbirdə sağlamlıq imkanları məhdud şəxslər, Mədəniyyət evlərinin nümayəndələri, incəsənət xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə adıçəkilən Cəmiyyətin sədri Hilolə Mirzərəhimova çıxış edərək Daşkənddə fəaliyyət göstərən şəhər internat məktəblərinin əlil və kimsəsiz uşaqlar üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Gələcək nəslin qayğısına qalmağın zəruriliyini qeyd edən Hilola Mirzərəhimova Xeyriyyə tədbirinin bütün iştirakçılarına, eləcə də bu cür tədbirlərdə daim iştirak edən Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib. Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova çıxışında qeyd edib ki, Azərbaycanda fiziki məhdudiyyətli insanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onun tamhüquqlu üzvləridir.
Tədbirin mədəniyyət hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri iştirakçılara və qonaqlara öz ölkələrinin milli rəqslərini təqdim etmişlər və bu rəqslər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Fəal iştirakına görə Mədəniyyət Mərkəzi fəxri fərman və xatirə hədiyyəsi ilə təltif edilib.
28.11.2024