XƏBƏRLƏR 2024
Azərbaycanda Matəm günü ilə əlaqədar Özbəkistanda mərasim keçirilib.
“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Azərbaycanın Özbəkistandakı Səfirliyində yad edilib.
Mərasimdə səfirliyin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, ictimaiyyət xadimləri, yerli azərbaycanlılar tərəfindən səfirliyin önünə gül dəstələri düzülüb və bayrağımız yarıyadək endirilib.
Bundan başqa, xarici ölkələrin Özbəkistandakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
26.12.2024