Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi dövlət nümayəndələrindən ibarət heyət Azərbaycanın Daşkənddəki səfirliyində olub.


“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Özbəkistandakı səfirliyində dövlət bayrağımız yarıya endirilib.

Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Özbəkistanın Baş naziri Abdulla Aripov, Özbəkistan Parlamentinin hər iki palatasının sədrləri, nazirlər, parlament üzvləri dekabrın 27-də Azərbaycanın Daşkənddəki səfirliyində olub. Baş nazir Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzası ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, başsağlığı kitabında ürək sözlərini yazıb.

Bundan başqa, Özbəkistan Ali Məclisi senatının sədri Tənzilə Narbayeva, Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyar Səidov, Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, xarici ölkələrin Özbəkistandakı diplomatik korpuslarının rəhbərləri, Özbəkistan vətəndaşları, diasporamızın üzvləri faciə ilə bağlı səfirliyimizin önünə tər çiçəklər düzüb, başsağlığı kitabında ürək sözlərini qeyd ediblər.

Matəm günü ilə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənd şəhərində yerləşən binasında da Azərbaycanın Dövlət Bayrağı endirilib.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

27.12.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası