Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanın nüfuzlu ADA Universiteti Özbəkistanın ali və orta məktəblərində təhsil proqramlarını təqdim edəcəkdir.


Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq genişlənməkdədir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın nüfuzlu ADA Universiteti 19-24 fevral tarixlərində Özbəkistanın ali və orta məktəblərində təhsil proqramlarını təqdim edəcəkdir.

Hazırda ADA Universitetində İctimai və Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Biznes, Təhsil, Dizayn və Memarlıq, Kənd təsərrüfatı və Qida elmləri fakültələrində bakalavriat və magistratura səviyyələri üzrə mütəxəssislər üzrə ixtisaslar təklif olunur.

Bununla əlaqədar ADA Universitetinin mütəxəssislərindən ibarət nümayəndələrin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində yerləşən ali və orta təhsil müəssisələrində görüşü və sərgidə iştirakı nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistanın tədrisi ingilis və rus dillərində olan orta məktəblərin sonuncu sinif şagirdləri üçün ADA Universitetinin bakalavr proqramlarının, ali təhsil müəssisələrinin isə sonuncu kurs tələbələri üçün magistratura proqramlarının təqdimatı keçiriləcəkdir. Təqdimatlar paytaxt Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd şəhərindəki Universitetlər və orta məktəblərdə keçiriləcəkdir.

Qeyd edək ki, bu il 22 fevral tarixində Daşkənd şəhərində «International Hotel Tashkent»də baş tutacaq «Begin Edu Fairs» Beynəlxalq Təhsil sərgisində ADA Universiteti də iştirak edərək öz təhsil proqramlarını təqdim edəcəkdir.

16.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası