Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Xocalı soyqırımına dair poemanın təqdimatı və özbək fotoqrafların azad Qarabağa dair fotolarından ibarət sərgi keçiriləcək.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” adlı poemanın və Özbək məşhur fotomüxbir Husniddin Atoevin Azərbaycana, Qarabağa reallaşdırılmış mediatur zamanı çəkdiyi fotolardan ibarət “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi keçiriləcəkdir. Tədbir 20 fevral tarixində Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında keçirilicəkdir.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci ilin fevral ayında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri olmuş mərhum azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairəsi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları hazırlanmışdır. Sözügedən poemalar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılıqlı olaraq Azərbaycan və özbək dillərinə tərcümə edilərək çap edilmişdir.

“Mələklərin soyqırımı” adlı poemanın təqdimatı ilə yanaşı, Turan kitabxanasında Özbəkistanın tanınmış fotomüxbiri Hüsniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi də təqdim ediləcəkdir. Qeyd edək ki, sərgidə nümayiş olunacaq fotolar Özbəkistanlı jurnalistlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş torpaqlara təşkil edilmiş media-tur çərçivəsində Hüsniddin Atoevin çəkdiyi kadrlardır. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işləri əks olunmuşdur.

Sözügedən sərginin cari ilin fevral ayının 26-a qədər Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında sərgilənməsi nəzərdə tutulmuşdur.

19.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası