Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
beynəlxalq elmi konfransda təmsil olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xarəzm vilayətinin mərkəzi Ürgənc şəhərində Xarəzm vilayət hakimliyi və Ürgənc Dövlət Pedaqoji İnstitutunun həmkarlığı ilə təşkil edilmiş “Təhsildə Türk Xalqları Milli Mentalitetinin Möhkəmləndirilməsinin Aktual Problemləri” mövzusunda beynəlxalq elmi konfransda təmsil olunub.

Konfransı giriş sözü ilə açan Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru dosent Firuzə Madraximova açaraq konfrans iştirakçılarını salamlayıb. Konfransda qardaş türk dövlətləri ilə yanaşı Malayziya, Hindistan, ABŞ, Rusiya, Almaniya kimi ölkələrdən də alimlərin qatıldığını bildirərək müzakirəyə təqdim olunmuş mövzunun aktuallığından söz açıb. Konfrans iştirakçılarına uğurlar diləyən Firuzə Madraximova konfrans iştirakçıları tərəfindən mövzu ətrafında səmərəli diskussiyaların aparılacığına, dəyərli fikirlərin səsləndiriləcəyinə əmin olduğunu bildirib.

Daha sonra çıxış edən Xarəzm Vilayət hakiminin birinci müavini Sənət Salayev belə bir mötəbər, beynəlxalq tədbirin onların vilayətində keçirilməsinin çox mühüm və vacib hadisə kimi qiymətləndirib. Bu qəbildən tədbirlərin qardaş xalqlar arasında elmi, mədəni, ədəbi əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyətinin olduğunu vurğulayan Sənət Salayev bundan sonra da davamlı olaraq bu qəbildən tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Türkiyə Cümhuriyyəti On Dokuz Mayıs Universiteti rektoru professor Yavuz Ünal çıxış edərək təhsildə milli mentalitet əhəmiyyətindən söz açaraq ibtidai siniflərdən başlayaraq ali təhsil pilləsinə qədər milli kimliyin təbliği və qorunmasının hər bir fərd üçün vacibliyini vurğuladı.

Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə milli dəyərlərin təbliği, qorunması, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edərək bu işdə təhsilin xüsusi rolunu qeyd etdi. Azərbaycan və Özbəkistanın orta, ali təhsil müəssisələri ilə Azərbaycan Mədəniyyət Mərkəzinin sıx əməkdaşlığından söz açan Kərimulla Məmmədzadə bu sahədə görülmüş işlər, həyata keçirilmiş layihələrdən bəhs edib. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın ondan artıq ali təhsil ocağında Azərbaycan milli mədəni mərkəzlərin açıldığını qeyd edən Kərimulla Məmmədzadə Azərbaycan-türk milli kimliyinin təbliği işində sözügedən təcrübənin effektiv olduğunu vurğuladı. Təhsil aldığı ölkənin milli dəyərlərinin təsirində yayınmaq məqsədilə gənclərimizdə ilk təhsil pilləsindən etibarən milli kimlik immunitetinin güclənməsinin vacibliyini vurğulayan Kərimulla Məmmədzadə eyni tarixi, milli köklərə malik qardaş Türk xalqları dövlətləri arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinin vacib olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin İcraçı direktoru professor Erkin Nuriddinov Özbəkistanla Azərbaycan arasında inkişaf edən münasibətlərdən söz açaraq ələlxüsus da təhsil sahəsində artıq bir neçə layihələrin gerçəkləşdiyini qeyd etdi.

Konfransda çıxış edən Xarəzm vilayəti hakiminin müavini, Ailə qadın-qızlar işləri üzrə şöbənin müdiri Niqora Masharipova mental kimliyin qorunması və inkişafında ailələrlə yanaşı təhsil müəssisələrinin, müəllim və tərbiyəçilərin də böyük məsuliyyət daşıdığını qeyd etdi.

Daha sonra çıxış edən Ürgənc Dövlət Pedaqoji İnstitutunun Prorektoru professor Sərdar Xocaniyazov təhsildə mental məsəllərin diqqətdə saxlanılması üçün ali təhsil ocaqlarında xüsusi tədris proqramlarının daha da gücləndirilməsiinin vacib olduğunu qeyd etdi.

Çıxış edənlər On Dokuz Mayıs Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mustafa Səid Kurşunoğlu, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri professor Qəhrəman Rəcəbov, hindistanlı alim Vasim Salim Tamboli, Qazaxıstanlı Milli Bədii Akademiyanın Orta təhsildən sonrakı təhsil Elmi Mərkəzini direktoru professor Arman Ayibbekpva və başqaları konfransın mövsuzusuna uyğun olaraq sahəsinin təhsil mövcud və aktual problemlərdən söz açıblar.

Beynəlxalq elmi konfrans nahar fasiləsindən sonra yerli, eləcə də xarici alimlərin onlayn və offlayn iştirakları ilə plenar iclaslarda davam edib.

23.03.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası