Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən “Ləzgi” rəqs festivalında
Azərbaycan birinci mükafata layiq görülüb.


Özbəkistanın qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında ikinci beynəlxalq “Ləzgi” rəqs festivalı başa çatıb.

Tədbirə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Hindistan, Misir, Tacikistan, Yaponiya, Braziliya, Bolqarıstan və digər ölkələrdən gələn 200-dən çox rəqqas, musiqiçi və musiqi nəzəriyyəçisi qatılıb. Ümumiyyətlə tədbirdə 33 ölkənin musiqiçiləri iştirak edib.

Tədbirə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri də qatılıb.

Festivalda ölkəmizi Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı təmsil edib.

Musiqi bayramının sonuncu günü keçirilən Qala-konsertdə qaliblərin adları elan olunub.

Özbəkistan Dövlət Filarmoniyası Xarəzm vilayəti bölməsinin ansamblı festivalın baş mükafatını-“Qran-pri”ni qazanıb.

Birinci mükafat Azərbaycan Dövlət Rəqs Ansamblına, Özbəkistan və Qazaxıstanın musiqi kollektivlərinə verilib. İkinci mükafata Koreya Respublikası, Rusiya Federasiyası və Tacikistan sahib olub. Üçüncü mükafatı isə Türkiyə, Qırğızıstan, Braziliya, İspaniya və Özbəkistan alıb. Xaricdən gələn musiqi kollektivlərinə bir sıra həvəsləndirici mükafat təqdim olunub.

Festival çərçivəsində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası və digər tədbirlər də keçirilib. Xatırladırıq ki, Özbəkistanda çox populyar olan “Ləzgi” Xarəzm rəqsinin 3 min illik tarixi var və “Ləzgi” rəqsi 2019-cu ildə UNESCO qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

“Ləzgi” rəqs festivalı sərhədlərini aşır. Belə ki, iki ildən sonra baş tutacaq üçüncü festivalın Türkiyədə keçirilməsi nəzərdə tutulur.

30.04.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası