XƏBƏRLƏR 2024
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib.
Kitabda müasir özbək ədəbiyyatının iyirmidən çox şairinin yaradıcılıqlarından seçmələr yer almaqdadır. “Dostlara hədiyyə” (“Dostlara sovga”) adlı ikidilli nəşrdə müasir özbək poeziyasının tanınan simalaraından Zülfiyyə Möminova, Şəhla Qasımova, Nərgisə Əsədova, Abdulla Vəhş, Gülzira Şaripova, Zöhrə Açilova, Şairə Ermətova, Ubaydulla Abduşaxidov, Kamaladdin Şükür, Hasanbay Qayib və baçqalarının yaradıcılıqlarından poetik nümunələr yer almaqdadır. Özbək dilindən şeirləri azərbaycan dilinə şair-tərcüməçi Şahməmməd Dağlaroğlu çevirib, nəşrin redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.
Kitabın yaxın günlərdə Özbəkistanda və Azərbaycanda təqdimatları da nəzərdə tutulub.
05.06.2024