Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg24
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Forumlar Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin qala
konserti gerçəkləşib.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

İyunun 11-də Daşkənddəki Özbəkistan Forumlar Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti gerçəkləşib. Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Ozodbek Nazarbekov, digər rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, Azərbaycan musiqisinin, muğamının pərəstişkarı olan yüzlərlə tamaşaçı iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə möhtəşəm Forumlar Sarayının foyesində təqdim olunan milli şirniyyatlarımıza qonaq ediliblər. Qonaqlar şəkərbura, badambura, paxlava və digər şirniyyat növlərinin dadına baxıblar.

Qala konsertdən əvvəl Özbəkistan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri Şirzod Asadov səhnəyə çıxaraq ölkə başçısı Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.

Məktubda Özbəkistan və Azərbaycanın dostluq və qardaşlığından bəhs olunub, iki ölkənin mədəniyyət və incəsənətinin xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində xüsusi yer tutduğu qeyd edilib.

Sonra təntənəli konsert proqramı başlanıb.
İlk olaraq Həzrət Əzizlinin ifasında "Bayatı-Şiraz" muğamı, "Natiq" ritm qrupu və "Mirvari" rəqs ansamblının kompozisiyası böyük coşqu ilə qarşılanıb.

Əməkdar artist, tarzən Sahib Paşazadə "Çahargah" rapsodiyası"nı və "Andijon polkası" özbək xalq rəqsini, müğənni Almaxanım Əhmədli "Küsmə, gəl" mahnısını ifa ediblər.

Sonra Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupu "Musiqi çələngi", Əməkdar artist Nigar Şabanova "Sən gəlməz oldun", Afaq Abbasova "Bakı", Azərbaycan Dövlət Rəqs Ansamblı "Uzundərə", "Qaytağı" və "Zəngəzur yallısı"nı rəqsləri təqdim ediblər. Özbək müğənni, iki ölkənin Xalq artisti Nəsibə Abdullayeva "Qarabağ", Xalq artisti Gülyanaq Məmmədova "Uluğumsan Vətənim", Aşıq Samirə və Aşıq Əli "Aşıq havaları", Xalq artisti Zülfiyyə Xanbabayeva "Şuşanın dağları", Xalq artisti Azər Zeynalov "Şükriyyə", Afaq Abbasova və Azər Zeynalov "Arşın mal alan" operettasından duet, Azad Şabanov "Qayınana" filmindən "Popurri" və başqa musiqi nömrələri ifa olunub.

Konsertin sonunda bütün iştirakçılar Rauf Hacıyevin "Azərbaycan" mahnısını birlikdə səsləndiriblər.

Salonun ayaq üstə alqışladığı mahnıdan sonra nazirlər Adil Kərimli və Ozodbek Nazarbekov səhnəyə çıxaraq sənətçilərlə görüşüb, uğurlu ifa münasibətilə onları təbrik ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.

12.06.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası