Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqqında maarifləndirici mühazirələr təşkil edilib.


Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Salama Fətəliyeva tərəfindən Daşkənddə yaşayan həmyerlimizə və özbəklərə Qərbi Azərbaycanla bağlı məlumatverici xarakterli mühazirələr verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan mühazirələrdə iştirakçılara Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqında geniş məlumat verilib. “Qərbi Azərbaycana qayıdış” şüarı altında təşkil edilmiş mühazirələrdə Azərbaycan xalqının zəngin mədəni, ədəbi irsi haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Mühazirədə xüsusi olaraq Azərbaycan xalqının Qərbi Azərbaycanda tarix boyu yaratdığı maddi-mədəni, ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə tələbələrə daha ətraflı məlumat verilib. Erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan xalqımız didərgin düşdükdən sonra orada Azərbaycan xalqı tərəfindən yüz illər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Belə ki, azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr, dini məbədlər məhv edilib, ermənilər tərəfindən Azərbaycan xalqının bu torpaqlarda izlərinin silinməsinə cəhdlər göstərilib. Halbuki o torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır. Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar uzun illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşamaqdadırlar amma onlar öz tarixi ata-baba yurdlarından uzaq düşsələr də bu gün də hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən mütəmadi olaraq sözügedən mövzuda mühazirələrin təşkili davam etdiriləcəkdr.

16.07.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası