Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

O ki, kiməsə çox verilir


...İllər sürətlə keçir, hər gün sürətlənir. Xalqın sevimlisi Mehriban xanım Əliyevanın növbəti yubileyi gəldi. Baxmayaraq ki, bu heyrətamiz dərəcədə gözəl gənc qadına baxanda istər-istəməz məşhur rus aktrisası Lyubov Orlovanın “Mən heç vaxt 35-i keçməyəcəyəm!” ifadəsini xatırlayıram.

Bununla belə, hər yubiley, hər bir əlamətdar ildönümü həyatın müəyyən dövrünün müəyyən nəticələrini yekunlaşdırmaq üçün bir fürsətdir. Taleyin kəskin, dolama döngələrindən çox şey keçsə də, hələ qarşıda çox şey var...

Dünyanı sevgi və xeyirxahlıq xilas edəcəkmi?
Bu günlərdə biz, Azərbaycanın yaradıcı və elmi ziyalılarının nümayəndələri Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyini qeyd etmək üçün Heydər Əliyev Mərkəzində toplaşmışdıq. Möhtəşəm konsert həmişəki kimi, Heydər Əliyev Fondunun bu illər ərzində incəsənət aləminə bəxş etdiyi istedadlı, artıq formalaşmış və beynəlxalq aləmdə tanınan musiqiçilərin ifaları ilə davam etdi (sən demə onlar nə qədər çox imişlər!). Mən isə orkestrin arxasındakı böyük ekrandan gözümü çəkə bilmirdim.

Mehriban xanımın uşaq evinin balaca sakinləri ilə necə təbii şəkildə, əsl ana məhəbbəti və qayğısı ilə məşğul olmasını, onlarla uşaq albomlarını həvəslə rəngləməsini, təəssüf ki, sağalmaz xəstəlikləri olan “xüsusi” uşaqların necə inamla və nəzakətlə ona sarılmasını seyr edərək düşündüm, “yetimlər” evi, internat məktəbinə və ya xəstəxanaya hər gəlişi onun ürəyinə yeni kədərli izlər salır. Çox vaxt göz yaşlarımı saxlaya bilmirdim, bu qadının ruhunda nələr keçirdiyini və kədər vadisinə etdiyi bu səfərlərin ona hansı ruhi gərginliklər yaşatdığını təsəvvür edirdim. Amma sabah olur, xəbər gələndə ki, prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə bərpa olunmuş uşaq bağçası (uşaqlar evi, internat məktəbi, xəstəxana və s.) açılacaq. Və o, onuncu, bəlkə də yüzüncü dəfədir ki, ölkəmizin ən kiçik, ən həssas vətəndaşlarına olan sevgi və rəğbətin kəskin ağrısı ilə ürəyini yenidən inciməsinə, ağrımasına baxmayaraq oralara gedir. Yəqin elə buna görədir ki, Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda uşaq evlərinin və sığınacaqların institusionallaşdırılması, yetimlərin tam hüquqlu ailələrə verilməsi hərəkatı başlamışdır.

Ümumiyyətlə, Heydər Əliyev Fondu yarandıqdan və birinci xanım statusu aldıqdan sonra Mehriban Əliyevanın üfüqləri və fəaliyyət sahələri ölçüyəgəlməz dərəcədə genişləndi. Bəli, o, Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsinin təbliği və inkişafı məsələlərini hələ də diqqətdə saxlayır. Bununla belə onun fəaliyyətində prioritet olaraq humanitar və xeyriyyəçilik dominantlıq edir. Başqa sözlə, o, öz səylərini və Fondun əməkdaşlarının fəaliyyətini əhalinin ən zəif, həssas təbəqələrinə, ilk növbədə xəstə uşaqlara, eləcə də sosial müdafiədən məhrum olan balaca vətəndaşlarımıza — o kəslərə ki, dünyanın ən qiymətli hədiyyəsi olan valideyn qayğısı və sevgisindən məhrum olmuş uşaqlara kömək etməyə yönəltməyi özünün vətəndaşlıq borcu hesab edir.

Biz artıq buna öyrəşmişik ki, Heydər Əliyev Fondunun xeyriyyə təşəbbüslərinin əks-sədası Azərbaycanın hüdudlarından çox-çox uzaqlara da yayılır. Lakin Fondun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini həqiqətən qiymətləndirmək üçün bunu öz gözlərinizlə görmək lazımdır. Məsələn, mənim bu imkanım iki dəfə - bir neçə il əvvəl Həştərxanda olub, burada rəsmi nümayəndə heyətinin digər üzvləri ilə birlikdə 11 nömrəli orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etmişəm, həmçinin bundan əlavə Macarıstanın paytaxtında sağlamlıq imkanları məhdud uşaqlar üçün yenidən qurulmuş qurulmuş uşaq evini də ziyarət etmişəm. Bu uşaq müəssisələrində yeni, daha rahat və komfortlu həyat onlara Heydər Əliyev Fondu tərəfindən edilmiş yardımlardan sonra başlayıb.

Bilirsiniz, mən Həştərxanda məktəb açılışında rus uşaqlarının Azərbaycan haqqında şeirlər oxuduğunu eşidəndə, Budapeştdə məktəb və uşaq evinin divarlarında Azərbaycanın xəritələrini, rəmzlərini görəndə, müəllimlərin, təhsil işçilərinin necə minnətdarlıqla danışdıqlarını görəndə ölkəmiz haqqında belə humanitar təşəbbüslərin dərin mənasını tam dərk etdim. Heydər Əliyev Fondunun planetin müxtəlif ölkələrində bu qədər təmənnasız və açıq şəkildə gördüyü xeyirxah işlər bu ölkələrin tarixinə, vətəndaşlarının qəlbinə əbədi olaraq yazılacaqdır.

...Ümumiyyətlə, Heydər Əliyev Fondunun Azərbaycanda yaranması ilə yeni xeyriyyə erası başladı, çünki onun prezidenti XX əsrin əvvəllərində tanınmış neft sənayeçiləri tərəfindən əsası qoyulmuş xeyriyyəçilik və qəyyumluq ənənələrini yenidən dirçəltmişdi. Əlbəttə, məsələnin maddi tərəfi son dərəcə vacibdir: bu gün Fondun qayğısı sayəsində respublikada demək olar ki, bütün uşaq evləri və internat məktəbləri əsaslı təmir edilmiş, rahat və komfortlu mebellərlə təmin edilmiş, lazım olan hər şeylə o cümlədən ən müasir avadanlıq və kompüterlərlə təchiz edilmişdir. Bəs Heydər Əliyev Fondunun ölkənin ən ucqar guşələrində tikdirdiyi yüzlərlə məktəb? Bəs keçmiş “uşaq evi sakinlərinin” tam sosial reabilitasiyası və yetkin cəmiyyətə inteqrasiyası? Bu məqsədlə valideynləri olmayanlar, internat məktəbi məzunları üçün çoxmərtəbəli binaların tikintisi. Bəs Neftçilər Xəstəxanasında anadangəlmə ürək çatışmazlığından əziyyət çəkən uşaqlar üçün yerli və xarici mütəxəssislər tərəfindən təmənnasız həyata keçirilən ürək əməliyyatları? Artıq belə əməliyyatlar yüzlərlə yox, minlərlədir...
Azərbaycan mədəniyyətinin səlahiyyətli elçisi
Mehriban Əliyeva YUNESKO-nun, daha sonra İSESKO-nun xoşməramlı səfiri seçildikdən sonra onun fəaliyyəti təkcə regional deyil, həm də qlobal miqyas almışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycan muğamı və dünyanın ən qədim tarixi-arxeoloji qoruğu olan “Qobustan” qədim yaşayış məskəni, aşıq sənəti və Azərbaycan kəlağayısı, Novruz bayramı və milli atüstü oyun olan Çövkan dünya mənəvi irsi siyahısına salınıb ki, bu sahədə 10-dan çox istiqamət var və bu siyahı genişlənməkdə davam edir.
Müəyyən müddət üçün prioritet vəzifələrin siyahısını düzgün müəyyənləşdirməyi bilən Mehriban Əliyeva və onun komandası müəyyən zamanlarda Azərbaycanın imic problemlərinin həllinə də diqqət yetirib. Və bu da olduqca məntiqli addım idi. Ölkə gücləndi, inkişaf etdi, daha zəngin və nüfuzlu oldu, getdikcə müstəqil geosiyasi və geoiqtisadi oyunçu kimi beynəlxalq arenada çıxış etdi. Odur ki, respublikamız, onun zəngin mədəniyyəti və adət-ənənələri, keçmişi və bu günü haqqında bütün dünyada düzgün təsəvvürlərinin formalaşdırılması son dərəcə vacib və aktual bir vəzifədir. Bu isə Heydər Əliyev Fondunun və onun Rəhbərinin son on ildə böyük uğurla həll etdiyi bir məsələ olmuşdur. Avropanın mərkəzində sərgilərin və Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, yaxın və uzaq xaricdə xeyriyyə tədbirləri (Rusiyada məktəblərin tikintisi, Avropada memarlıq və muzey eksponatlarının bərpası), “Baku” jurnalının beynəlxalq arenada təqdimatları və s. bütünlüklə bu vəzifəyə xidmət etmişdir.
Eyni zamanda, Mehriban Əliyevanın özünün də qeyd etdiyi kimi, bu tədbirlərin hər birində Fondun nümayəndələri Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıblar. Mehriban xanım hər zaman ən nüfuzlu auditoriyalarda Dağlıq Qarabağdan, ölkəmizin ərazisinin 20 faizinin işğalından, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. O, həmişə böyük ürək ağrısı ilə qeyd edirdi ki, bu ərazilərdə olan və Azərbaycan xalqına məxsus 900-ə yaxın mədəni, dini və tarixi abidə çox təəssüf ki, məhv edilmişdir. Həqiqətən də bir neçə il keçəcək və Qarabağ işğaldan azad olunandan sonra dünya ictimaiyyəti bütün bunları öz gözləri ilə görəcəkdi...
Böyük idman – böyük siyasət
...2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinə cəmi 2,5 il vaxt ayrılmışdı ki, bu müddət ərzində onlarla idman obyekti müasirləşdirilməli və ya yenidən qurulmalı, bütün zəruri idman infrastrukturu, Olimpiya kəndi, müasir mətbuat mərkəzləri və s. yaradılmalı idi. Sözügedən olimpiyadaya 6 mindən çox idmançının qatılacağı, 16-sı olimpiya olmaqla 20 idman növü üzrə yarışların keçiriləcəyi gözlənilirdi.

Qarşıdakı işin gərgin olacağını dərk edən Azərbaycan Prezidenti cənab İlham Əliyev çox müdrik qərar verdi: 2013-cü il 17 yanvar tarixli sərəncamına əsasən, 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva rəhbərlik etdi.

Dəmir iradəyə və böyük təşkilatçılıq qabiliyyətinə malik bu zərif görünüşlü qadının rəhbərliyi ilə bütün Azərbaycan cəmiyyətinin dəstəyindən ruhlanan Komitə ölkədə və xaricdə olmaqla çoxlarının qeyri-mümkün hesab etdiyi işləri həyata keçirdi: bütün idman obyektlərinin tikintisi hətta vaxtından əvvəl tamamlandı və Oyunların açılışına qədər 35 sınaq tədbirinin hamısı həyata keçirildi.

Mehriban Əliyeva və onun kiçik komandası mütəmadi olaraq Avropanın böyük paytaxtlarında – Roma, London, Paris, Afina, Ankara, Berlin, Moskvada oyunların təqdimat mərasimləri keçirdi. Bütün bunlar isə gənc müstəqil Azərbaycan Respublikasının həm idman, həm iqtisadi, həm də mədəni nailiyyətlərinin parlaq nümayişi idi.

21 yanvar 2016-cı il tarixində Lozannada Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. İclasda İcraiyyə Komitəsinin qərarı ilə “Bakı 2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında xüsusi xidmətlərindəki yüksək nailiyyətlərinə görə Avropa Olimpiya Komitələrinin ali mükafatı – Ali orden təqdim edildi.
Və bundan bir qədər əvvəl, 2015-ci il iyunun 29-da Azərbaycan Prezidenti birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, eləcə də Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə Mehriban xanım Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif etdi – Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyət, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq səviyyədə geniş təbliği və birinci Avropa Oyunlarının təşkilindəki xidmətlərinə, yarışlarda əldə edilmiş böyük nailiyyətlərə görə. Bu isə son dərəcə ədalətli bir qərar idi.

Dövlətə xidmət missiyası
2017-ci il fevralın 21-də Mehriban Əliyeva ölkədə ikinci mühüm dövlət vəzifəsinə - Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təsdiq edildi. Bu təyinat kifayət qədər gözlənilən idi, çünki birinci xanımın ictimai-siyasi fəaliyyətini müdrikcəsinə istiqamətləndirən və həvəsləndirən İlham Əliyev onu tədricən yeni bir missiyaya, dövlət qulluğu missiyasına hazırlamışdı. Mehriban Əliyeva bu yüksək vəzifəni yalnız ona mənəvi cəhətdən hazır olanda, xalqın yüksək etimadını qazananda, bütün əvvəlki fəaliyyəti ilə beynəlxalq miqyasda qeyd-şərtsiz nüfuzunu sübut edəndə aldı. Eynilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev də öz varisini belə hazırlayaraq onu ən məsuliyyətli fəaliyyət sahələrində vəzifəyə yüksəldir, müstəqil qərarlar qəbul etməyə, ölkənin üzləşdiyi bütün risk və təhlükələrin öhdəsindən gəlməyə sövq edirdi.
Bununla belə, həm dövlət məsuliyyətinin ağır yükünü yarısını öz üzərinə götürmüş prezidentin, həm də birinci xanımın bu cəsarətinə ancaq heyran olmaq olar.

O, bu məsuliyyətli vəzifəyə ölkə üçün heç də yaxşı olmayan bir dövrdə – torpaqlarımızın işğalının hələ də davam etdiyi, gözlənilməz postneft dövrü yeni, fövqəladə qərarlar, təşəbbüslər və bütün dövlət mexanizmində dərin islahatların tələb edildiyi bir dövrdə təyin edildi. Lakin Mehriban xanımın özü üçün prioritetlər son dərəcə aydın idi, çünki o, əvvəllər də bu qəbildən məsələlərin həllində yaxından iştirak edirdi. Onun sözlərinə görə, bunlar, ilk növbədə, humanizm prinsipləridir, insanlarla təmasda olmaq, onları dinləmək və eşitmək bacarığıdır, bütün bunlar xeyriyyəçilik, mərhəmət və qarşılıqlı hörmətdir. Mehriban xanım əminliklə qeyd edir ki, “Bu mənəvi dəyərləri rəhbər tutaraq, böyük qələbələr qazanmaq və maksimum zirvələrə çatmaq olar”.

2017-ci il martın 7-də Mehriban Əliyeva həmkarları ilə vidalaşmaq və deputat kimi görülən işlər barədə hesabat vermək üçün Milli Məclisə gəldi. Onun qısa nitqi, Milli Məclis üzvləri ilə vidalaşması (təbii ki, simvolik mənada) əsl “həqiqətlər anına” çevrildi. Bizlər, 12 il ərzində Mehriban xanımın özünün də etiraf etdiyi kimi, onun üçün “böyük həyat məktəbi”nə çevrilmiş qanunvericilik orqanına hörmətin təzahürü olan nitqini qeyd edən ziyalılığı və səmimiliyi hamımız yüksək qiymətləndirdik.

Birinci vitse-prezidentlə birlikdə biz onun həmkarlarının həmişə dəstəyini alan və parlamentin plenar iclaslarında təsdiqlənən qanunvericilik təşəbbüslərini bir daha xatırladıq: 40 minə yaxın insanın azadlığa buraxıldığı dörd Amnistiya Aktı və səhiyyə sahəsində təqdim etdiyi qanun layihələri və deputat seçildiyi Xəzər rayonunda aparılan abadlıq işlərinin əhatə dairəsi. Mehriban Əliyevanın sözlərinə görə, onun deputat kimi əldə etdiyi bu təcrübə həqiqətən də əvəzolunmazdır və “Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı naminə” gələcək fəaliyyətində ona dəstək olacaqdır.

...Mehriban Əliyevanın ölkədə ikinci mühüm vəzifəyə təyin olunması Azərbaycan qadınları tərəfindən başa düşülən sevinc və ilhamla qarşılandı. Bu hadisə qadınlarımızın heysiyyətini xeyli artırdı və Azərbaycanda qadınların yüksək dövlət vəzifələrinə daha da yüksəlməsi üçün stimul oldu. O həyəcanlı günlərdə məqalələrimin birində yazmışdım:

“Əlbəttə, Mehriban xanıma asan olmayacaq, təbii ki, yuxunu, istirahəti unutmalı olacaq, təbii ki, iş onun ailəsinə - həyat yoldaşına, uşaqlarına, nəvələrinə ayıra biləcəyi vaxtının “aslan payı”nı (böyük hissəsini) əlindən alacaq. Ancaq o, seçimini etdi və əminəm ki, o bütün bunların öhdəsindən gələcək, onda hər şey alınacaq. Çünki bu bənzərsiz qadın öz həyatında Uca Yaradan tərəfindən insana bəxş edilmiş ən yüksək keyfiyyətlərə malikdir. O, özü deputatlar qarşısındakı çıxışında da bunu qeyd etmişdi: “Vicdan, ləyaqət, mərhəmət, xoş niyyət, ədalət və qarşılıqlı hörmət”. Və o, uğur qazanacaq, çünki o, həqiqətən xalq dəstəyini hiss edir. Bu dəstək, bu sevgi ona bu dünyaya gəldiyi missiyasını davam etdirməyə güc verəcəkdir”.

Sabahı gün isə müharibə oldu...
Qarabağ uğrunda müharibə 44 gün davam etdi. Bu savaş qısa, qətiyyətli və qalibiyyətli oldu. Biz İlham və Mehriban Əliyevləri birləşdirən qohumluq əlaqələrinin gücünü, müqəddəsliyini, əzəmətli əhəmiyyətini müharibənin o günlərində və xüsusən də ondan sonra dolğun şəkildə dərk etdik. Təkcə özləri üçün deyil, bütün xalqımız üçün. Topun, tüfəngin atəşi sönməmiş Əliyevlər yolsuzluq avtomobilləri ilə yorulmadan Qarabağın işğaldan azad edilmiş kənd və şəhərlərini gəzməyə başladılar. Daha doğrusu, kəndlərin və şəhərlərin xarabalıqlarını, çünki bir vaxtlar çiçəklənən, abad bölgədən “ən qədim xalq” sayəsində yer üzündə çox az şeylər ayaqda qalmışdı. Çəkilişləri Mehriban xanım apararkən, o günlərdə 10 milyonluq xalqımız daha bir işğaldan azad edilmiş şəhərdən növbəti reportajı səbirsizliklə gözləyirdi və Prezident bu səyahətlər zamanı gördüklərini bu çəkilişlərdə şərh edirdi. Və bu qısa reportajlar 30 illik qələbə intizarından bezmiş soydaşlarımızın qəlbinə həyat verən bir məlhəm olurdu.

Biz onlardan ötrü çox narahat olurduq: ətrafda ölümcül, təhlükəli minalardan təmizlənməmiş geniş ərazilər var idi, əksəriyyət təhlükəsizlik baxımından bu təhlükəli səfərlərin əleyhinə idi. Amma Allah bu ulduzlaşmış cütlüyü qoruyurdu. Mehriban xanım bu taleyüklü günlərdə də, ondan sonrakı günlərdə də həmişə Prezidentin yanında onun əlindən möhkəm tutaraq, sanki: Mən buradayam, həmişə yanında olacağam – sevincdə də, kədərdə də və mənəvi yüksəlişin hər anında... O anlar ölkə Prezidenti və onun xanımı ilə birlikdə yaşadığımız həqiqət anı və ən yüksək katarsis anları idi.

Və sonra birinci vitse-prezidentin gərgin gündəlik həyatı yenidən başladı... Şəhid ailələri, yaralı əsgər və zabitlərlə mütəmadi görüşlər, onları ziyarətlər. Mehriban xanım hüznlü, saçları qəfil ağarmış gənc anaları qucaqladı, bağrına basdı; Mehriban xanımın gözləri yenidən yaşla parıldadı, o, bu göz yaşlarını daha gizlətməyə çalışmadı. Və bu kadrlara baxaraq hamımız ağladıq – qadınlarımız da, kişilərimiz də...

Qələbədən çox az sonra böyük Qayıdış və böyük Quruluş, tikinti işləri başladı. Və bu prosesin başında prezidentlə birlikdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dayanırdı. Qarabağın bərpa edilmiş hər bir abidəsində, bərpa edilmiş hər bir məscid və ya muzey kompleksində birinci xanıma xas olan incə zövq və heyrətamiz incəlik hissi sezilirdi. Şuşada bir vaxtlar barbarlar tərəfindən güllələnmiş Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün abidələri yenidən öz yerlərinə qayıtdılar, Vaqifin qar kimi bəyaz məqbərəsi Poeziya günləri həsrətində olan mədəniyyət xadimlərinin üzünə öz qapılarını açdı, yenidən canlanan Yuxarı Gövhər Ağa məscidi ana nəvazişi ilə öz kiçik əmanətlərini ağuşuna aldı.

O, bir əlində müqəddəs “Qurani-Kərim”, digər əliylə iztirablı divarlara toxundu və onun gözəl gözlərində xoşbəxtlik göz yaşları (yenə də bu tarixi günlərdə!) parıldadı.
“Biz qayıtdıq, əziz Şuşa! Biz qayıtdıq – əbədi olaraq qayıtdıq”.
Həqiqətən, yalnız güclü xarakterlər özləri üçün Xeyirə xidmət etməyin çətin yolunu seçirlər. Ancaq məhz o Məbədə aparmağa qadirdir...

Elmira Axundova
Azərbaycanın xalq yazıçısı

12.08.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası