Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan ali məktəblərində Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqqında mühazirələr təşkil edilib.


Özbəkistandakı Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunda təhsil alan yuxarı kurs tələbələri və magistrlər üçün “Qərbi Azərbaycana qayıdış” şüarı altında “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda mühazirələr təşkil edilib.

Tanınmış ədəbiyyatşünas alim, professor Mahirə Hüseynova tərəfindən oxunan mühazirələrdə tələbələrə Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqında geniş məlumat verilib. Mühazirələrdə Azərbaycan xalqının zəngin mədəni, ədəbi irsi haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılıb və xüsusi olaraq Azərbaycan xalqının Qərbi Azərbaycanda tarix boyu yaratdığı maddi-mədəni, ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə tələbələrə daha ətraflı məlumat verilib. Erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan xalqımız didərgin düşdükdən sonra orada Azərbaycan xalqı tərəfindən yüz illər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Belə ki, azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr, dini məbədlər məhv edilib, ermənilər tərəfindən Azərbaycan xalqının bu torpaqlarda izlərinin silinməsinə cəhdlər göstərilib. Halbuki o torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır.

Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar uzun illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşamaqdadırlar amma onlar öz tarixi ata-baba yurdlarından uzaq düşsələr də bu gün də hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər. Qarabağın azad olunmasından sonra onların bu inamı birə min artımışdır və əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində bu arzumuz da yaxın gələcəkdə gerçəkləşəcəkdir.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən mövzuda mütəmadi olaraq mühazirələrin təşkili davam etdiriləcəkdr.

04.10.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası