Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri" adlı rəsm müsabiqəsi və sərgi keçiriləcək.


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur arasında görüş keçirilib.

Görüşdə qeyd olunub ki, dövlət başçılarımız mədəniyyətin, xüsusilə təsviri və tətbiqi sənətin inkişafına böyük diqqət ayırırlar. Onların milli irsin qorunması, sənət adamlarının dəstəklənməsi və beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı mühüm addımlar sahənin inkişafına böyük təkan verib.

Qeyd olunub ki, ötən il Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində açılan "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərgi qardaş ölkə ictimaiyyəti arasında böyük maraqla qarşılanıb. Sərgidə təqdim olunan qrafik əsərlər, xalçalar və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaratmışdır. Görüş zamanı iki ölkə arasında təsviri və tətbiqi sənət rəssamlarının qarşılıqlı sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə bağlı sərəncamı ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkənin rəssamları arasında "Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri" adlı müsabiqənin keçirilməsi təklifi, bu əsərlərin sərgisinin açılışı, habelə ustad dərslərinin keçirilməsi Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

27.02.2025

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası