Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan və Özbəkistan arasında cari il üçün jurnalistika sahəsində birgə əməkdaşlığa dair razılıq əldə olunub.


Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.

Özbəkistan Jurnalistlər İttifaqında qonaqları salamlayan Halmurad Salimov Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə media sahəsində inkişafı ilə bağlı görülən işlərdən, kütləvi informasiya vasitələri və jurnalistlərin qarşısında duran mühüm vəzifələrdən, nailiyyətlərdən və problemlərdən danışıb. Özbəkistan-Azərbaycan qardaşlıq münasibətləri haqqında danışan H.Salimov Bakıda nəşr olunan və Azərbaycan ziyalıları tərəfindən böyük maraqla qarşılanan "Şavkat Mirziyoyev fenomeni" kitabının Azərbaycanda təqdimatını xatırladıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli səmimi qəbula görə sədrə təşəkkür edərək bildirib ki, iki ölkə liderləri cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyevin siyasi iradəsi və sıx dostluq münasibətləri sayəsində Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Prezidentlərin qarşılıqlı səfərlərinin iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə təkan verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, bunun iki ölkə arasında ortaq türk irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Görüşdə milli media məkanının inkişaf tendensiyaları kimi mühüm məsələlər müzakirə olunmuş, Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqı arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

17.01.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası