Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və Milli Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov imzalayıblar.

Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında mədəniyyət, incəsənət, musiqi, təhsil, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.

Sənəddə qeyd olunur ki, milli musiqi sənətinin araşdırılması, inkişafı, musiqi təhsili üzrə mübadilə proqramları, ortaq mədəniyyət festivalları, sərgilər və konsert proqramlarının təşkili də həyata keçiriləcək.

Sənədə əsasən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunda “Azərbaycan ocağı”nın yaradılması da nəzərdə tutulur. Burada Mədəniyyət Mərkəzi “Azərbaycan ocağı”nın Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı nəşrlərlə və milli musiqi alətləri ilə təminatını da öz üzərinə götürülməsi nəzərdə tutulur. Həmçinin Özbək Milli Musiqi Sənəti İnstitutu öz imkanlarından istifadə edərək Azərbaycan dilinin, musiqisinin, mədəniyyətinin tədrisini təşkil edəcək və bu işdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edəcəkdir.

04.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası