Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

Arxiv elanlari

Daşkənddə “İpək yolu Azərbaycan və Özbək rəssamlarının gözü ilə” rəsm sərgisi keçiriləcəkdir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə cari il 26 noyabr tarixində Daşkənddə Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunda “İpək yolu Azərbaycan və Özbək rəssamlarının gözü ilə” rəsm sərgisi keçiriləcəkdir.

Tədbirin təşkilatçıları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutu və Azərbaycan Dövlət Rəsm Qallereyasıdır.

Sərginin açılışında Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri və işçiləri, habelə Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamların iştirakı gözlənilir.

Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək, xalqların ortaq dəyərlərini təbliğ etmək və tarixi ipək yolunun hər iki xalqn həyatında rolunu bir daha göstərməkdir.

Sərgi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qallereyasının təşkilatçılığı ilə Özbəkistana gətirilmiş tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və s. əsərləri, habelə Özbək tərəfinin tanınmış Özbək rəssamları Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və s. rəssamlarının əsərləri nümayiş etdiriləcəkdir. Sərginin açılışında İpək yolu haqqında qısametrajlı sənədli film nümayiş etdiriləcəkdir.

Özbəkistanlı aşıq Azərbaycanda keçirilən II Beynəlxalq Aşıq Festivalında iştirak edəcək.

class="header-publication"

Bu il Azərbaycanda keçirilən II Beynəlxalq Aşıq Festivalında Özbəkistanı tanınmış aşıq Abdinazar Poyanov təmsil edir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbək aşıq Abdinazar Poyanov Azərbaycana ezam olunmuşdur.
Festival noyabrın 10-dan 18-dək keçiriləcək və beynəlxalq festivalın rəsmi açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq.
Festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.
Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə keçirəcəyi festivalda Azərbaycanla yanaşı, Gürcüstan, Özbəkistan, Türkiyə, İran, Qırğızıstan və digər ölkələrdən də olan aşıqlar iştirak edəcəklər.
Azərbaycanda keçiriləcək aşıq festivalında Özbəkistanı tanınmış aşıq Abdinazar Poyanov təmsil edir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbək aşıq Abdinazar Poyanov Azərbaycana ezam olunmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq beynəlxalq festival çərçivəsində iştirakçıların Azərbaycanın regionlarında - Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində çıxışları olacaqdır.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan Aşıq sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

Daşkənddə “Özbəkistan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan mövzusu” kitabı çapdan çıxmışdır.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Özbəkistan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan mövzusu” kitabı çapdan çıxmışdır.
Kitabda Özbəkistanda Səfirlik və Mədəniyyət Mərkəzi tərəfindən keçirilmiş “Özbək mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim edilmiş və 2013-2014-cü illərdə dərc olunan maraqlı məqalələr öz əksini tapmışdır.
Daşkənddəki “Davr press” nəşriyyatında nəşr olunan kitab özbək və rus dillərindədir. Kitabın ön sözünün müəllifi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Kitaba yazılmış “Ön söz”də qeyd edilir ki, 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Özbəkistan KİV-lərində “Azərbaycan”, “Heydər Əliyev”, “Azərbaycan mədəniyyəti” mövzusunda keçirilən müsabiqəyə təqdim edilən materialların ən yaxşıları seçilmiş və kitabda toplu halında oxuculara təqdim olunur.
Kitabda “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev”, “Qərb və Şərqin darvazası”, “Özbəkistan və Azərbaycan-xalqlar dostluğunun möhkəmləndirilməsi yolunda”, “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 90 illiyi”, “Azərbaycanın möcüzəsi-Qız qalası haqqında”, “Şuşa-Azərbaycan musiqisinin beşiyi”, “Azərbaycan və Özbəkistan Böyük İpək Yolunda və ya ümumi dəyərlərimiz haqqında” və digər mövzularda materiallar çap olunub. “Özbəkistan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan mövzusu” kitabında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələr, tariximiz və mədəniyyətimizlə bağlı materiallar, habelə Azərbaycan və özbək ədəbi əlaqələrinə dair digər materiallar da verilmişdir.

Qalib jurnalistlərin Azərbaycana səfəri təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanlı jurnalistlərin Azərbaycana səfəri təşkil edilmişdir.
2013-cü ildə Özbəkistan KİV-lərində “Azərbaycan haqqında ilin ən yaxşı məqalə” müsabiqəsinin qalibləri Özbəkistanın “sharh.uz” informasiya agentliyinin jurnalisti Şərafəddin Tulaqanov və “kultura.uz”, “show-show.uz” saytlarının jurnalisti Cəsur Həmroyev cari il 16-18 sentyabr tarixlərində Bakı şəhərində səfərdə olacaqlar. Jurnalistlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən “Ümumi mədəni irs şəhərləri” adlı beynəlxalq tədbirdə iştirak edəcəklər.
Hər iki jurnalist mütəmadi olaraq Azərbaycan haqqında Özbək mətbuatında məqalələr dərc edir və bu sahədə aktiv fəaliyyət göstərirlər.
Şərafəddin Tulaqanovun 2013-cü ildə elan olunmuş müsabiqədə “Azərbaycan-Özbəkistan dostluğu inkişaf yollarında” adlı məqaləsi, Cəsur Xəmroyevin isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında “Azəri xalqının tarixində bir insan var ki” adlı məqalələri xüsusi mükafata layiq görülmüşdür.
“Ümumi mədəni irs şəhərləri” adlı beynəlxalq tədbirdə Özbəkistandan abidələrin mühafizəsi üzrə inspektor Maysara Nabiraeva, “Uzintour” turizm firmasının direktoru Bexzod Şatilyaqanov iştirak edirlər.

Özbəkistanda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin “Применяется” сбалансированный “подход” adlı müsahibəsi verilmişdir.

Özbəkistanın aparıcı “sharh.uz” informasiya agentliyinin saytında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin “Применяется” сбалансированный “подход” (http://sharh.uz/analitika /item/2045-azarbeydjan) adlı müsahibəsi verilmişdir. Müsahibədə nazir Əbülfəs Qarayev: İşğal olunmuş ərazilərdə abidələrin dağıdılması ilə bağlı fakt araşdırıcı missiyanın göndərilməsi məsələsinin süni şəkildə uzadıldığını bildirilir. Nazir Əbülfəs Qarayevin Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşiliklər barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırıldığını və beynəlxalq təşkilatların bu məsələyə diqqətlə yanaşdıqlarını, lakin həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunması səbəbindən bölgəyə bugünə qədər faktaraşdırıcı missiyalarını göndərilməsi və bu kimi təşəbbüslərin uğurlu nəticələnməməsi barədə fikirləri məqalədə yer almışdır.
Məqalənin sonunda nazirin bəyanatı yer alır. "Biz deyirik ki, Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq".

Özbəkistanda Azərbaycanın qədim tarixə malik “Xınalıq” haqqında məqalə verildi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın aparıcı “sharh.uz” İnformasiya Agentliyinin saytında Azərbaycan Respublikasında unikal əhəmiyyət daşıyan Xınalıq qəsəbəsi haqqında “Хыналыг – этнографический музей под открытым небом” adlı geniş məqalə (http://sharh.uz/analitika/item/2023-xynalyk-muzey) verilmişdir.

Məqalənin müəllifi tanınmış Özbək jurnalist Şərafəddin Tulaqanovdur. Məqalədə beş min illik tarixə malik olan, dünyanın ən qədim yaşayış məskəni, habelə yüksəklikdə yerləşən və digər yaşayış məntəqələri ilə əlaqəsi olmayan Xınalıq qəsəbəsi Azərbaycanda və dünyada açıq muzey adlandırılır. Müəllif “Xınalıq” türk topnimi haqqında yazaraq qeyd edir ki, Xınalıq dili Qafqaz dil ailəsinə məxsusdur.

Məqalədə Xınalıq mədəniyyəti, adət və ənənələri, mətbəxi barədə məlumat verilir. Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 19 dekabr Sərəncamı ilə Xınalıq Tarixi – Axitektura Etnoqrafiya Qoruğunun yaradıldığı qeyd olunur və bu Qoruğun YUNESKO-nun dünya əhəmiyyəti daşıyan tarixi abidələr siyahısına daxil edildiyi bildirilir.

Qeyd edək ki, məqaləni Özbək jurnalist Ş.Tulaqanov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda elan etdiyi 2014-cü ildə Özbək KİV-lərində “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinə “Azərbaycanın turizm gözəllikləri” nominasiyası üzrə təqdim etmişdir.

Özbəkistanda hazırlanmış azərbaycanlı gənc xanəndə, Azərbaycan muğamlarının ifaçısı, Aytən Məhərrəmovanın “Ana yurdum” adlı diskinin təqdimatı keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə azərbaycanlı gənc xanəndə, Azərbaycan muğamlarının ifaçısı, Aytən Məhərrəmovanın Özbəkistanda “Ana yurdum” adlı diski hazırlanmışdır.
Azərbaycan musiqisinin təbliği məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda “Azərbaycan muğamları”, “Azərbaycan xalq mahnıları”, “Oxuyur Zeynəb Xanlarova”, “Müslüm Maqomayev” adlı disklərini hazırlanmışdır.
Qeyd edək ki, xanəndə Aytən Məhərrəmova və onun “Aypara” Muğam Üçlüyü Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari il 18 mart tarixində Daşkəndin “Türküstan” Respublika Sarayında Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti vermiş və sözügedən konsert Özbəkistan ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Aytən Məhərrəmovanın “Ana yurdum” adlı diskində xanəndənin 20-dən çox mahnısı yer almışdır.
Diskdə xanəndə A.Məhərrəmova və onun rəhbəri olduğu “Aypara” Muğam üçlüyü haqqında məlumat verilir.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri, Dövlət mükafatı laureatı Rüstəm Abdullayevin, Azərbaycan və Özbəkistanın xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun gənc xanəndə haqqında fikirləri diskdə öz əksini tapmışdır.
Cari il 4 iyul tarixində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində diskin təqdimatı olacaqdır. Təqdimat mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini, Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Özbəkistan Dövlət Konservatoriyası, ali məktəblərin incəsənət-musiqi fakultəsinin müəllim və tələbələri, muğam sənəti ilə məşğul olan mütəxəssislər və jurnalistlər iştirak edəcəklər. Diskin Bakı şəhərində də təqdimat mərasiminin keçirilməsi razılaşdırılmışdır.

Özbəkistanın aparıcı saytında Azərbaycanın Beynəlxalq Muğam Mərkəzi haqqında məqalə verilmişdir.

Cari il 21 iyun tarixində Özbəkistanın “sharh.uz” informasiya agenliyinin saytında Azərbaycan Beynəlxalq Muğam Mərkəzi haqqında məqalə (http://sharh.uz/adabiyot-va-sanat/item/1535-mugom-markaz-boku) verilmişdir.
Məqalədə Bakıdakı Beynəlxalq Muğam Mərkəzinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradıldığını və əsas məqsədinin zəngin Azərbaycan musiqisinin həm Azərbaycanda, həm də bütün dünyada təbliği olduğunu bildirilmişdir.
Müəllif məqalədə 2005-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirdiyini və Bakı şəhərində Bəynəlxalq Muğam Mərkəzinin yaradılmasının qərara alındığını qeyd edir.
Məqalədə 2005-ci ildə Prezident İlham Əliyevin Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalaması, 2005-ci il avqustun 24-də Azərbaycan Prezidenti
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin binasının təməlqoyma mərasiminin keçirildiyi və 2008-ci il dekabrın 27-də isə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyevanın Beynəlxalq Muğam Mərkəzinin binasının açılış edilməsi öz əksini tapmışdır.
Muzeyin xüsusi layihəsi, onun əhəmiyyəti və bu Mərkəzdə keçirilən beynəlxalq nufuzlu tədbirlərdə Özbək tərəfinin iştirakı barədə danışılan məqalədə Muğam Mərkəzində beynəlxalq nəhəng musiqi tədbirlərinin keçirildiyi bildirilir.
Qeyd edək ki, məqalənin müəllifi tanınmış Özbək jurnalist Şərafəddin Tulaqanov məqaləni Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında 2014-cü ildə Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim etmişdir.

Əlaqə telefonu: +99871 293 50 92
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz

Səmərqənddə Azərbaycan Mədəniyyət Mərkəzlərinin birgə konserti olacaqdır.

Cari il 14 iyun tarixində saat 19:00-da Özbəkistanın qədim və tarixi şəhəri olan Səmərqəndin mərkəzi “Yoşlık – Gənclik” parkında 15 iyun – azərbaycanlıların Qurtuluş günü və Özbəkistanda elan olunmuş “Sağlam uşaq ili”nə həsr olunmuş Azərbaycan mədəniyyət mərkəzlərinin birgə konsert proqramı olacaqdır.
Tədbirin təşkilatçıları Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzi və Azərbaycan diaspora təşkilatının Səmərqənd filialıdır.
Konsertdə Özbəkistanın məşhur “Özbək yoşları (gəncləri)” musiqi qrupunun solistləri Omad Axmedcanov, Novruza Abbasova, azərbaycanlı gənc müğənni Saina İsmixanova, habelə Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının çıxışları olacaqdır.
Konsert pulsuz olacaqdır və tədbirin əsas məqsədi Özbəkistan və Azərbaycan dostluğunun təbliğidir.
Səmərqəndə səfər çərçivəsində Azərbaycan diaspora təşkilatının və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi Azərbaycan diaspora təşkilatının Səmərqənd filialının fəaliyyəti ilə tanış olacaq və Azərbaycan mədəniyyətinin təbliği, filialının fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunacaq, habelə təbliğatı işləri gücləndirmək məqsədi ilə sözügedən filiala Azərbaycan-Özbəkistan Dostluğu, Azərbaycan mədəniyyətinə dair nəşrlər (kitablar, jurnallar və disklər) hədiyyə olunacaqdır.

Özbəkistanın “Eko hayot” qəzetində Azərbaycanın Şuşa şəhəri haqqında "Куйловчи шахар»,“Oxuyan şəhər" adlı məqalə dərc olunmuşdur.

Özbəkistanın “Eko hayot” qəzetinin cari il 28 may 20 nömrəsində Azərbaycanın Şuşa şəhəri haqqında "Куйловчи шахар», “Oxuyan şəhər" adlı məqalə dərc olunmuşdur.
Məqalədə Azərbaycanın bu dilbər guşəsi – Şuşa, Avstriyanın Vyana, İtaliyanın Neapol şəhərinə bənzədilmiş, Azərbaycan şeiriyyatının və musiqisinin beşiyi, Qafqazın konservatoriyası adlandırılmışdır. Şuşanın Azərbaycan ədəbiyyatı və musiqisinə verdiyi töhvələrdən danışılan məqalədə ötən əsrin sonlarında baş vermiş təcavüzlə əlaqədar şuşalıların şəhəri tərk etdikləri və 248 tarixi abidənin, musiqi məktəblərinin muzey, kitabxana və qalereyaların yerləşdiyi bu Azərbaycan şəhərinin tamamilə viran edildiyi bildirilir.
Məqalənin müəllifi tanınmış Özbək jurnalist Şərafəddin Tulaqanov "Куйловчи шахар», “Oxuyan şəhər" adlı məqaləni Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında 2014-cü ildə Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsinin “Azərbaycan ədəbiyyatı nominasiyası üzrə təqdim etmişdir.

Özbəkistan mətbuatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında “Xalqın inamını qazanan Öndər” özbək dilində geniş məqalə verilmişdir.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın “sharh.uz” xəbər agentliyinin saytında jurnalist Şöhrət Səttarovun (http://sharh.uz/munosabat/item/1330-haydar-aliyev) “Xalqın inamını qazanan Öndər” özbək dilində geniş məqaləsi verilmişdir.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətləri, Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri, işğala məruz qalmasına baxmayaraq Azərbaycan xalqının sülhsevərliyi, münaqişənin sülh yolu ilə həllinin üstün tutması işıqlandırılır.

Müəllif məqalədə Azərbaycan-Özbəkistan münasibətlərinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Özbəkistan dövlətinin məhz bu xidmətləri nəzərə alaraq, Heydər Əliyevi Özbəkistan Milli Universitetinin Fəxri doktoru diplomu ilə təltif etdiyini və indi də iki ölkə arasında bu dostluğun uğurla davam etməsini qeyd edir.

“Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcəkdir.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcəkdir. Müsabiqə 2013-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mərkəzinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə elan olunmuş və müsabiqənin əsas məqsədi qardaş Özbək mətbuatında Azərbaycan mövzusunun daha çox işıqlandırılması və təbliğidir.
Müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Müsabiqə 3 nominasiya üzrə “Azərbaycan”, “Heydər Əliyev” və Azərbaycan mədəniyyəti” mövzusunda elan edilmiş və bu mövzularda Özbək mətbuatında xeyli məqalə dərc olunmuşdur. Müsabiqəyə təqdim olunmuş məqalələrə baxış keçirilmiş və qeyd olunan nominasiyalar üzrə qaliblər artıq müəyyən edilmişdir.
Cari il 24 may tarixində Özbəkistanın KİV nümayəndələrinin iştirakı ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində qaliblərin mükafatlandırma mərasimi keçiriləcəkdir. Qaliblər Azərbaycanın Özbəkistandakı Səfiri cənab Hüseyn Quliyev tərəfindən mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qalibləri Azərbaycanın Özbəkistandakı Səfirliyinin Fəxri Fərmanı və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təsis etdiyi pul mükafatı ilə təltif olunacaqlar.
Daha sonra 2014-cü il üçün növbəti müsabiqəyə start veriləcəkdir. 2014-cü il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə “Sənaye ili” elan olunmasını nəzərə alaraq, builki nominasiyalar arasında “Azərbaycan iqtisadiyyatı” mövzusu olacaqdır. Bu nominasiya üzrə təqdim olunan məqalələrdə əsas olaraq Qafqazın lider dövləti olan Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi nəhəng layihələr və qazanılmış uğurların işıqlandırılmasına üstünlük veriləcəkdir. Bundan başqa, digər nominasiyalar “Azərbaycanın turizm gözəllikləri”, “Azərbaycan ədəbiyyatı” mövzuları olacaqdır.
Tədbirlə əlaqədar Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzusunda kitab sərgisi və Mədəniyyət Mərkəzində Özbək jurnalistlərinin şərəfinə ziyafət veriləcəkdir.

Şuşanın işğalı günündə Özbəkistan mətbuatında “Шуша – колыбель Азербайджанской музыки” adlı məqalə verilmişdir.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə Özbəkistanın “sharh.uz” aparıcı informasiya agentliyinin saytında “Шуша – колыбель Азербайджанской музыки” adlı məqalə (http://sharh.uz/jamiyat/item/1251-shusha) verilmişdir.
Məqalədə Azərbaycan musiqisinin beşiyi olan Şuşanın Azərbaycanın mədəni və ədəbi həyatında rolu, habelə tanınmış şuşalılar haqqında məlumatlar və fotoşəkillər öz əksini tapmışdır.
Məqalənin sonunda müəllif regionda yenidən sülhün bərqərar olacağına, Şuşada yenədə beynəlxalq musiqi festivallarının keçiriləcəyinə və Şuşanın yenidən Azərbaycanın abad, çiçəklənən və firavan diyarına çevriləcəyinə əmin olduğunu bildirir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında Özbəkistanın aparıcı qəzet və saytlarında məqalələr dərc olundu.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın populyar “Daraxçi” qəzetində (http://darakchi.uz/article/1359) və “Sharh.uz” aparıcı ictimai - siyasi xəbər agentliyinin saytında (http://sharh.uz/jamiyat/item/1225-naxichevan) Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında məqalə dərc olunmuşdur. Məqalə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuşdur.
Məqalədə Azərbaycanın Naxçıvan diyarı, onun tarixi, mədəniyyəti, abidələri, turizmi haqqında məlumat və fotoşəkillər öz əksini tapmışdır.
Özbəkistanda daha çox istifadə olunan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Veb-saytının (http://azculture.uz) "Tədbirlər" bölməsində “Нахичевань – край древней культуры и жемчужина Азербайджана” adlı məqalə verilmişdir.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşkilatçılığı ilə Özbəkistanda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər və layihələr davam etdirilir.

Azərbaycanın Rəssamlıq Akademiyası ilə Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutu arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə cari il 25 aprel tarixində Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutu ilə Azərbaycanın Rəssamlıq Akademiyası arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.
Memorandumu Azərbaycan tərəfdən Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov, Özbəkistan tərəfindən Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun rektoru, tanınmış rəssam Xasan Aminov imzalamışlar.
Memorandumda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müəssisələr arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin, festivalların keçirilməsi, rəssamlıq sənətinin inkişaf etmiş janrlarının qarşı tərəflə mübadiləsi, qarşılıqlı səfərlər və tədbirlərin təşkili, hər iki tərəfin tanınmış rəssamlarının qarşı tərəfdə sərgilərinin təşkili və s. məsələlər öz əksini tapmışdır.
Tədbir çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycanın tanınmış rəssamlarının təltifolunma mərasimi də keçirilmişdir.
Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Fuad Salayev Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun fəxri professorları adı ilə təltif olunmuşlar.
Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, xalq rəssamı Akmal Nuriddinov azərbaycanlı rəssamları təltif etmişdir. O, öz çıxışında Azərbaycanla mədəniyyət, rəssamlıq sahəsində əməkdaşlığın inkişafından məmnun olduğunu, Azərbaycanda rəssamlıq sənətinin çox zəngin ənənələrə malik olduğunu və dünya şöhrətli Azərbaycan rəssamlarının əsərlərinin bütün dünyada sevildiyini qeyd etmişdir.
Təltif olunan hər üç Azərbaycan rəssamı çıxış edərək, qardaş Özbəkistanda təltif olunmalarına görə minnətdarlıqlarını bildirmişlər. Azərbaycan rəssamları Özbəkistan Dövlət Sənət Qalereyasında olmuşlar, habelə Özbəkistanda keçirilən Respublika rəsm, sənət və milli libaslar festivalında iştirak edərək, təşkil olunan sərgilərlə tanış olmuşlar.

Özbəkistanda “Odlar yurdunun baharı” Azərbaycan rəssamlarının akvarel rəsmlərinin sərgisi keçiriləcəkdir.

Cari ilin 25 aprel tarixində saat 15:00-da Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistan Təsviri İncəsənət Qaleriyasının sərgi zalında “Odlar yurdunun Baharı” adlı Azərbaycan rəssamlarının akvarel əsərlərinin sərgisi keçiriləcəkdir.
Sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuşdur.
Sərginin təşkilatçıları sırasında Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Özbəkistanın Təsviri İncəsənət Qalereyası, Azərbaycanın Respublika Dövlət Rəsm Qalereyası da vardır.
“Odlar yurdunun baharı” adlı iki günlük sərgidə 10-dan çox Azərbaycan rəssamlarının - Nazim Məmmədovun, Məmmədhüseyn Hüseynovun, Azad Şıxəliyevin, Hafiz Kərimovun, Ilahə Əliyevanın, Humay Axundovanın, Asif Cəfərovun, Elşad Hüseynovun və b. 50-ə yaxın sulu boya ilə çəkilmiş (akvarel) əsərləri nümayiş olunacaqdır.
Sərgidə Özbəkistanın tanınmış rəssamları, akvarel əsərlərin müəllifləri, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kamoliddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbə heyəti, habelə nüfuzlu qonaqlar iştirak edəcəklər.

Daşkənddə özbək dilində “Azərbaycan yazıçılarının hekayələri” kitabı çap olunmuşdur.

Daşkənddəki “Davrpress” nəşriyyat mətbəə evində özbək dilində “Azərbaycan yazıçılarının hekayələri” kitabı çap edilmişdir.
“Azərbaycan yazıçılarının hekayələri” kitabında hekayələri çap olunmuş Azərbaycan yazıçıları haqqında öncə qısa məlumat verilmiş, sonra onların hekayələri öz əksini tapmışdır. Kitabda Azərbaycan yazıçılarından Anarın, “Qırmızı limuzin”, “Vahimə”, Sabir Rüstəmxanlının “Daş rəngi”, “Qayalar arasındakı vəd”, “Bacı”, Elçin Hüseyinbəylinin “Yağış”, “Keçid dövrünün toyuğu”, “Nar”, Kamran Nəzirlinin “Qorxulu məhəbbət”, “Üç milyol dollarlıq ürək”, Rəşad Məcidin “10 sentyabr”, Hidayətin “Ömürdən uzun gecə”, İlqar Fəhminin “Görüş”, Ülvi Bünyadzadənin “Sədaqət”, “İnsan” və s. hekayələri öz əksini tapmışdır.
Kitab Özbəkistanın kitabxanaları, ali məktəblərinə, Azərbaycan ədəbiyyatına dair tədqiqat aparan mütəxəssislərə, Özbəkistanın Milli Elmlər Akademiyası Ədəbiyyat İnsitutuna əvəzsiz olaraq verlicəkdir.
Kitabı azərbaycan dilindən özbək dilinə tərcümə edən Özbəkistanın populyar “Darakçi” qəzetinin baş redaktoru, tərcüməçi Rüstəm Cabbarovdur.
“Azərbaycan yazıçılarının hekayələri” kitabı Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunmuşdur.

Novruzda Daşkənddəki möhtəşəm “Türküstan” sarayında Azərbaycan və özbək müğənnilərinin dostluq konserti keçiriləcəkdir.

Cari il 18 mart tarixində Daşkənd şəhərində yerləşən məşhur “Türküstan” konsert sarayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Beynəlmilər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş Azərbaycan - Özbəkistan dostluq konserti keçiriləcəkdir.
Bayram tədbirində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatları, Özbəkistanın nüfuzlu elm, mədəniyyət xadimləri, Azərbaycan diasporasının nümayəndələri, yerli azərbaycanlılar və özbəklər iştirak edəcəklər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Özbəkistandakı səfiri cənab Hüseyn Quliyev açacaq, Azərbaycan və Özbək xalqlarının milli bayramı Novruz bayramı, muğam sənəti, xalqlarımızın ortaq dəyərləri haqqında çıxış edəcək və tədbir iştirakçılarının Novruz bayramını təbrik edəcəkdir.
Bayram tədbiri çərçivəsində Özəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinə ziyafət veriləcək, habelə “Türküstan” konsert sarayının foyesində təşkil olunacaq sərgidə Azərbaycan mədəniyyəti, turizm gözəllikləri, muğam sənəti, milli suvenirlər, rəsmləri, xalçaları, Novruz adət-ənənələri və şirniyyatları nümayiş etdiriləcəkdir. Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamlının milli rəqslərimizlə çıxışı gözlənilir.
Konsert proqramında Azərbaycanın gənc muğamçıları Aytən Məhərrəmova, Vüsal Zamanov, Özbəkistandan isə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalının qaliblərindən olan Yulduz Turdiyeva, Özbəkistanın dövlət mükafatı laureatı İsroil Saidumarov müxtəlif Azərbaycan və Özbək mahnılarını ifa edəcəklər.
Təşkil olunacaq konsertin əsas məqsədlərindən biri YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsi siyahısına daxil edilmiş Novruz bayramı və Azərbaycan Muğam sənətinin gözəlliyini özbək tamaşaçısına çatdırmaq, Azərbaycan-Özbəkistan dostluğunun, ortaq dəyərlərinin təbliğidır.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində" Xocalıya ədalət!" Beynəlxalq layihənin davamı olaraq “Dolu” filminin təqdimatı və anım mərasimi keçiriləcəkdir.

Cari il 26 fevral tarixində "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının davamı olaraq Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Dolu” filminin təqdimatı və anım mərasimi keçiriləcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri cənab Hüseyn Quliyev, azərbaycanlı millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, türkoloq alim Yunus Oğuz çıxış edəcəklər.

Özbək tərəfindən də anım tədbirinə nüfüzlu şəxslərin, dövlət nümayəndələrinin və diplomatların iştirak gözlənilir.

Tədbirdə Mədəniyyət Mərkəzinin həyətində güllərdən hazırlanmış Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdiriləcək, soyqırım qurbanlarının xatirəsinə şamlar yandırılacaqdır.

Bununla soyqırım qurbanları anılacaq, uşaqlar havaya sülh göyərçinləri buraxacaq və erməni işğalına son qoyulmasını diləyəcəklər.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin uşaqlarının Xocalıya soyqırımı haqqında rəsmləri, habelə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı Səfirliyinə göndərilmiş Xocalı soyqırımı haqqında foto-şəkillər və nəşrlərin sərgisi olacaqdır. Anım tədbirinin rəsmi hissəsində azərbaycanlı millət vəkillərinin və Özbək qonaqların çıxışı olacaqdır. Daha sonra isə ssenari müəllifi Aqil Abbas olan “Dolu” filminin nümayişi olacaqdır.

Azərbaycanlı yazar, tədqiqatçı Xalidə Xalidin Özbək həmkarları ilə görüşü keçiriləcəkdir.

Cari il 12 fevral tarixində saat 10-12-yə dək Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, tədqiqatçı-yazar Xalidə Xalidin Özbəkistan Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı zalında özbəkistanlı yaradıcı alimlərlə, yazıçı və şairlərlə görüşü keçiriləcəkdir.

Görüşdə qardaş Özbəkistanın şair və yazıçıları ilə tanışlıq, habelə yaradıcılıq sahəsində münadilə məsələləri müzakirə olunacaqdır.

Qeyd edək ki, yazıçı Xalidə Xalid “Azərbaycan ədəbiyyatı özbək dilində” elmi simpoziumda iştirak etmək məqsədilə 11-12 fevral tarixlərində Daşkənd şəhərində səfərdə olacaqdır.
O, Elmi simpoziumda "XX əsr Azərbaycan-Özbək ədəbi əlaqələri" mövzusunda məruzə edəcəkdir.

Özbəkistanın “Dunyo böylab” televiziyası “Azərbaycan milli libasları” mövzusunda veriliş nümayiş etdirib.

Özbəkistanın “Dunyo boylab” telekanalı “Dünya xalqlarının milli libasları” silsiləsindən verilişlər hazırlayır.
Telekanalın bu silsilədən növbəti verilişi Azərbaycan milli geyimlərinə həsr olunmuşdur.
“Azərbaycan milli libasları” verilişinin əvvəlində xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin şəhərləri, adət-ənənələri haqqında məlumat verilmiş, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi uğurlar, həyata keçirilən layihələr haqqında söhbət açılmışdır.
Proqramda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olan milli geyimlərimiz haqqında geniş məlumat verilmiş, Azərbaycan mədəniyyəti, adət və ənənələri haqqında danışılmış, Mərkəzin əməkdaşları milli geyimlər haqqında məlumat vermiş və nümayiş etdirmişlər.
Mərkəzin həyətində qurulmuş Azərbaycan mədəniyyətini tərənnüm edən ekspozisiya, milli musiqi alətlərindən ibarət sərgi, milli geyimli qızların çıxışı tamaşaçıların marağına səbəb olmuşdur.
Bundan əvvəl telekanal Koreya Respublikası, Belarus, Çin, Hindistan, Ukrayna, Çexiya, Rusiya, Polşa və s. ölkələrin milli geyimləri haqqında proqramlar hazırlamışdır.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi qədim abidələrimizin maketləri ilə zənginləşmişdir

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi qədim abidələrimizin maketləri ilə zənginləşmişdir.
Bu günlərdə muzeyə Bakıdakı "Qız qalası", "Şəki Xan Sarayı", "Naxçıvandakı "Möminə Xatun" türbəsi", "Şuşa qalası" və "Şuşa məscidi", həmçinin "Gəncəbasar məbədi"nin maketləri gətirilmiş və yerləşdirilmişdir. Sözügedən maketlər Azərbaycanın tarixi abidələri ilə vizual tanış olmağa imkan verir və ölkə mədəniyyətini təbliğ edir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında (DDPU) Anlaşma Memorandumu imzalanmışdır.
Mərasimdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor-müəllim heyəti, jurnalistlər iştirak etmişlər.
Memorandumu əvvəlcə Bakıda ADPU-nun rektoru, professor Yusif Məmmədov, sonra cari il 18 dekabr tarixində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin rəsmi açılışı mərasimində DDPU-nun rektoru, professor Şavkat Şaripov imzalamış və icra məqsədilə tərəflər bir-birinə təqdim etmişdır.
Sənəd bu iki universitet arasında əlaqələrin yaradılmasını və genişləndirilməsini, elmi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Memorandumda bu ali məktəblər arasında tələbə və müəllimlərin, elmi və elmi-texniki ədəbiyyatın mübadiləsi, konfrans, seminar və simpoziumların, həmçinin elmi məsləhətləşmələrin təşkili, tədris prosesi ilə bağlı təcrübə və informasiya mübadiləsinin aparılması və digər bu kimi müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Sənəddə ADPU və DDPU-nun elmi jurnallarında qarşılıqlı olaraq elmi məqalələrin verilməsi, bu ali məktəblər haqqında materialların yerləşdirilməsi haqqında da maddə yer almışdır.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti, Ədəbiyyatı və İncəsənəti Mərkəzi yaradılacaqdır.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı İnamcon Əzimov, dekan müavini, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəyasət heyətinin üzvü, dosent Gülbahar Aşurova ilə görüşmüşdür.
Görüşdə universitetin filologiya fakültəsinin nəzdində Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin (AMİM) yaradılması məsələsi ətraflı müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu məsələ universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov ilə müzakirə edilmiş və müsbət rəy alınmışdır.
Samir Abbasov təxminən 50 kvadratmetrlik otağın AMİM üçün ayrılmasına görə minnətdarlıq etmişdir. Qeyd edilmişdir ki, otağın təmiri, salon üçün mebel, avadanlıqlar və kompyuterin alınmasını AMM öz üstünə götürür. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, musiqisinə dair kitablar, müxtəlif tablolar, videomateriallar, bukletlər, xəritələr, xalça və suvenirlər, Azərbaycan musiqisinə dair disklər hədiyyə olunacaqdır.
Qeyd olunmuşdur ki, AMİM-də ulu öndər Heydər Əliyevin, Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyevin və İslam Kərimovun portretləri asılacaq, Azərbaycanın və Özbəkistanın dövlət rəmzləri və simvolları olacaqdır.
S.Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə dair sərgilərin hazırlanması və təşkilini də öz üzərinə götürmüşdür. O bildirmişdir ki, otaq hazır olduqdan sonra burada həftədə bir dəfə Azərbaycan dili kursları keçiriləcək, müntəzəm olaraq Azərbaycan filmləri göstəriləcəkdir.
İnamcan Əzimov otağın fəaliyyətinin səmərəliliyini artırmaq üçün xüsusi kadr ayrılacağını, bu məkanın internetlə təmin olunacağını bildirmişdir. O demişdir ki, burada hər iki ölkənin mədəniyyəti, ədəbiyyatı, musiqisi və dostluğuna dair birgə tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi SSRİ xalq artistləri Müslüm Maqomayev və Zeynəb Xanlarovanın mahnılarından ibarət iki disk buraxmışdır.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) SSRİ xalq artistləri Müslüm Maqomayev və Zeynəb Xanlarovanın mahnılarından ibarət iki disk buraxmışdır.
Müslüm Maqomayevin "Azərbaycan" adlı diskinə dünya şöhrətli müğənninin 12 mahnısı salınmışdır. Disk Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə açılır. Buraya görkəmli müğənninin ifasında "Sənsiz", "Sevgili canan" romansları, "Zübeydə", "Qranada" kimi məşhur mahnılar daxildir.
Zeynəb Xanlarovanın "Oxuyur Zeynəb Xanlarova" adlı diskinə isə 16 mahnı daxil edilmişdir. Bu diskə müğənninin "Azərbaycan", "Vətən, sənə vurulmuşam", "Cavanlığım", "Ağlama Sevdam", "Bulaq suyu, qar havası", "Dağlar qızı", "Sənə qurban", "Nə qaldı" və digər mahnıları salınmışdır.
Disklər AMM-in tədbirlərində pulsuz yayılacaqdır.

27.11.2013

Daşkənddə Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət iki disk buraxılmışdır.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan muğamları və xalq mahnılarından ibarət iki disk buraxmışdır.
"Azərbaycan muğamları" diskində Xan Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova, Süleyman Abdullayev, Alim Qasımov, Könül Xasıyeva, Səxavət Məmmədov və digər tanınmış sənətkarların ifaları yer almışdır. "Azərbaycan xalq mahnıları" diskinə isə Rəşid Behbudov, Arif Babayev, Zeynəb Xanlarova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Briliant Dadaşova, Nazpəri Dostəliyeva və başqalarının mahnıları daxil edilmişdir.
Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, bu disklər Azərbaycana həsr olunmuş tədbirlərdə pulsuz yayılacaq və milli mədəniyyətimizin, musiqimizin təbliğinə xidmət edəcəkdir. Mərkəz Azərbaycan mahnılarından ibarət silsilə disklər buraxmağı planlaşdırır.

12.11.2013

Özbəkistanın populyar “Uzbekistan today” beynəlxalq jurnalında Azərbaycan mədəniyyəti haqqında «Жемчужина на берегах Каспия – A pearl on the Shores of the Caspian» adlı məqalə çap olunmuşdur.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın “Uzbekistan today” tanınmış beynəlxalq jurnalının №3 (12), 2013 buraxılışında «Жемчужина на берегах Каспия – A pearl on the Shores of the Caspian» adlı 2 dildə (Rus və İngilis) məqalə çap olunmuşdur.
Məqalədə Azərbaycan, onun tarixi, son illərdə əldə etdiyi nailiyyətlər, ölkəmizdə həyata keçirilən nəhəng layihələr, Azərbaycan mədəniyyəti, tarixi abidələri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı açılışı edilmiş Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin genişləndirilməsində sözügedən Mədəniyyət Mərkəzinin rolu barədə geniş məlumatlar öz əksini tapmışdır. Məqalədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla müsahibə, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, tədbirlər, kurs və dərnəklər barədə geniş məlumat verilmişdir.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Uzbekistan today” jurnalı artıq dərc edilmiş «Жемчужина на берегах Каспия – A pearl on the Shores of the Caspian» məqaləsini Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsinə “Azərbaycan Mədəniyyəti” nominasiyası üzrə təqdim etmişdir.
Qeyd edək ki, “Uzbekistan today” jurnalının (№3 (12), 2013) üz qabığında və ilk səhifəsində YUNESKO-nun baş katibi İrina Bokovanın Özbəkistana səfəri və onunla geniş müsahibə dərc edilmişdir.

Daşkənddə “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində nəşr edilmişdir.

Daşkəndin “Turon-İqbol” nəşriyyatında “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilmişdir.
Kitab Azərbaycan Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunmuşdur.
Kitabın tərtibçisi şair və tərcüməçi Babaxan Məhəmməd Şərif, məsul redaktor Əziz Səidovdur.
Antologiyanın tərtibçisi Babaxan Məhəmməd Şərif kitaba yazdığı “Ön söz”də bildirmişdir ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər bu kimi dahi Azərbaycan şairlərinin əsərləri dünya ədəbiyyatının inciləri sırasına daxil olmuşdur. Sonra şair və yazıçılarımızın ədəbi əlaqələri və dostluğundan söhbət açılmış, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Nəbi Xəzri, Xəlil Rza Ulutürk və digər görkəmli poeziya ustalarımızın əsərlərindən bəzi nümunələr təhlil edilmişdir.
Həmçinin repressiya qurbanı olmuş Azərbaycan və özbək şairləri, o cümlədən Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi, həmçinin Çulpan, Fitrət, Behbudi və digərləri yada salınmış, onların əsərləri haqqında oxuculara məlumat verilmişdir.
Kitab böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin əsərləri ilə başlanır, gənc qələm sahiblərimizin şeirləri ilə başa çatır. Antologiyada 60 şairimiz haqqında qısa məlumat və şeirlərindən nümunələr verilmişdir.
Qeyd edək ki, cari il noyabr ayında kitabın Azərbaycan Mədəniyyət Mərkəzində geniş təqdimat mərasimi keçiriləcəkdir. Kitab Özbəkistanın elm, təhsil və tədqiqat mərkəzlərinə, aparıcı kitabxanalarına, ali məktəblərə və s. hədiyyə olaraq paylanacaqdır.

Özbək jurnalistin Azərbaycan haqqında “Qərblə Şərqin darvazası” adlı məqaləsi çap olunmuşdur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək mətbuatında ən yaxşı Azərbaycan haqqında məqalə müsabiqəsi elan etmişdir. Müsabiqə 3 nominasiya “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” üzrə elan edilmişdir.

Müsabiqə elan edildikdən sonra Özbəkistan mətbuatında Azərbaycan haqqında məqalələr dərc edilməyə başlanmışdır. Cari il 25 sentyabr tarixində Özbəkistanın “Kitab dünyası” qəzetində jurnalist Şuxrat Sattarovun “Qərb və Şərqin darvazası” adlı məqaləsi müsabiqəyə təqdim edilmiş, habelə məqalə ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Məqalə “Qardaşım-qəlbdaşım” bölməsində çap olunmuşdur. “Kitab dünyası” qəzetində jurnalist Şuxrat Sattarovun “Qərblə Şərqin darvazası” adlı məqaləsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkcədən Azərbaycan dilinə tərcümə olunmuş və Sizlərə təqdim olunur.

QƏRB VƏ ŞƏRQİN QAPISI
ŞUXRAT Sattarov (jurnalist)
“Kitab dünyası” qəzeti, 25 sentyabr


Azərbaycan, Qərb və Şərqin qapısı olaraq, tarixi İpək Yolunun üzərində yerləşir. Bir tərəfdən Ermənistan və Gürcustan, o biri tərəfdən İran, Türkiyə, Rusiya ilə sərhəd olan bu ölkəni müxtəlif mədəniyyətləri və etiqadları daşıyan millətlər rəngarəng edirlər.
Azərbaycanın torpağı bu diyarı özünə vətən hesab edən ləzgi, avar, talış, tatar, kürd və 20-dən çox miliyyətləri birləşdirir. Azərbaycan müxtəlif dinli və çoxmillətli bir ölkədir. Çoxmillətli ölkə olaraq, Azərbaycan xalqı dünyaya özünü qonaqsevər, səxavətli, istedadlı bir xalq kimi tanıtmışdır. Türkdilli xalqların oğuz dil qrupuna aid olan Azəri türkləri ilə yanaşı bu diyarda 13 dildə danışan xalqlar yaşayırlar. Azərbaycan xalqı din azadlığını qəbul edən və tolerant xalqdır. Burada islam, yəhudi, induizm, xristian dinlərinin nümayəndələri yanaşı və dinc yaşayırlar.
Milli musiqiyə məhəbbət, ədəbiyyata hörmət, milli rəqs, təkrarolunmaz incəsənət, zəngin mətbəx – bunlar Azərbaycanın zəngin mədəniyyətini dünyada cəlbedici edir. Azərbaycan musiqi mədəniyyəti minillik tarixə malikdir. Qədim Qobustan şahiddir ki, insanlar qədim zamanlardan musiqi və rəqslə tanış idilər. O dövrlərdən bu günədək bizə “Halay”, “Yallı”, “Yordu-yordu” və s. rəqslər gəlib çatıb.
Azəri milli geyimləri bu diyardakı dağların vüqarını və ucalığını əks etdirir. Azərbaycan musiqiçiləri 30-dan çox musiqi alətlərini istifadə edirlər. Azərbaycanın musiqi mədəniyyətində muğam, xalq mahnıları, lirik mahnılar, meyxana, hər bir musiqisevər üçün maraqlıdır. Böyük Azərbaycan şairləri Nizamini, Nəsimini, Fizulini, Vahidi peşəkar muğam ifaçıları öz musiqilərində tərənnüm edirlər.
YUNESKO 2003-cu ildə muğamı - mədəniyyətin incisi adlandırmış və daha sonra Muğam YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan musiqisində “Koroğlu” operası mühüm yer tutur. Koroğlunun igidliyi, xalqına olan məhəbbəti və azadlıq ugrunda döyüşləri – bunlar mahnılarda öz əksini tapmışdır. . Qəzəllər, divanlar, rübailər – poeziyanın bulaqları hesab edilir. VII əsrə aid olan şifahi xalq dastanı “Kitabi Dədə Qorqud” igidlik, vətənpərvərlik, insanpərvərlik rəmzi sayılır.
Bu diyarda qədim mənbələrdə zərgərlik, peşəkarlıq, agac həkkakları və digər ustalar yüksək qiymətləndirilirdilər. Azərbaycan xalçaları səyahətçilər, elçilər, satıcılar arasında daim populyar olmuş və öz cəlbediciliyi ilə fərqlənir. Azərbaycanda xalçaçılıq minillik tarixə malikdir. Azərbaycanın müxtəlif regionlarında xalçaçılıq məktəbləri mövcuddur. Bunlardan Quba, Şirvan, Gəncə - Qazax, Qarabag və Təbriz məktəblərini qeyd etmək olar.
Novruz - Azərbaycan və Özbək xalqına xas olan gözəl bayramdır. Bayram zamanında yeni ili qarşılamaq üçün masanın ətrafına ailənin bütün üzvləri yığışır. Qədim azərbaycanlılar Novruz bayramında xeyrin şərə qalib olmasını qeyd edirdilər. Azərbaycanın əmək qanununun 105-ci maddəsinə əsasən, Novruz bayramı günləri istirahət günü elan olunub. Ölkənin paytaxtı ilə yanaşı, vilayyətlərində də bayram geniş qeyd olunur. Martın axır çərşənbə axşamında qızlar bir alma yeyir, tumlarını yastıqlarının altına qoyub və yuxuda gələcək nişanlısını görmək arzusu ilə yatırlar. Novruz bayramında azərbaycanlılar ürəklərində arzu tuturlar və qapılara qulaqastıya çıxırlar, mahnı oxuyub, rəqs edir, at cıdırı keçirdirlər. Adətə görə, bayram axşamında masanın üstündə “S” hərfi ilə başlayan 7 növ müxtəlif yemək və əşyalar qoyulur. Xonçalar bəzədilir, xonçalarda səməni, ləpə, müxtəlif şirniyyatlar olur. Bu məhsullar hər evdə bolluq rəmzi hesab edilir.
Bir çox səyyahətçilər qeyd ediblər ki, azərbaycanlılar çox ürəyi yumşaq və qonaqpərvərdilər. Özbəklər kimi, onlar da qonağa çox hörmət edirlər.
Anlayışa görə qonaq Allahın yolladığı varlıqdır. O özü ilə ruzu - bərəkət gətirir. Qonaq üçün ailənin ən ləziz yeməkləri hazırlanır: Dolma, zəfəranlı plov, kabablar və sonra isə çay süfrəsi açılır. Çay armudu stəkanlarda verilir – bu isə Azərbaycanın həyat nümunəsinin ayrılmaz bir hissəsidir. Azərbaycan mətbəxində tərəvəz və göyərti çox işlədilir. Qızılgül ləçəklərindən və zəfərandan düzələn şərbətlərə isə xüsusi yer ayrılır. Masanın üstündə daim müxtəlif meyvələr olur. Plov Azərbaycan yeməklərinin “şahı” hesab olunur. Əgər Sizi azərbaycanlılar qonaq dəvət ediblərsə, özünüzlə simvolik olaraq, suvenir və ya başqa bir hədiyyə apara bilərsiniz. Sizin diqqətçilıiyiniz və mehribançıiğınız ev yiyəsi tərəfindən təşəkkür kimi qəbul olunur. Bu diyarda bərk danışmaq, and içmək – bunlar insanlar tərəfindən pis qarşılanır. Azərbaycan xalqı möhfumata inanan xalqdır. Əgər yolu pişik keçsə, duz dağılsa, evdən çıxan zaman birinci rast gələn insanın əli boş olsa – bunlar əksər insanlar tərəfindən pis qarşılanır.
Buxara papaq kişilər üçün namus və vüqar rəmzidir. Azərbaycanlıların fikrincə papağın itməsi – müvəffəqiyyətsizliyə gətirib çıxarır.
Azərbaycana turist səfərinə gedən insan birinci növbədə paytaxt Bakıda yerləşən İçəri Şəhərə baş çəkir. Qədim şəhərdə Azərbaycanın zəngin mədəniyyətini əks edən abidələr qorunub saxlanmış və bugün də dünya mədəniyyətinin nümunələri kimi nümayiş etdirilir. Azərbaycanda Şirvanşahlar sarayını, Qiz Qalasını və digər memarlıq abidələrini, Bakı şəhərinin müasir və tarixi yerlərini görmək hər bir kəs üçün çox maraqlıdır.
Əfsanəyə görə, bir şah öz qızını istəməyərək ərə verirdi. Vaxtı uzatmaq üçün, şahzadə atasından onun üçün saray tikməyi xahiş etdi. Lakin tikintini başa çatdırmayaraq, şah öz sözündən dönür. Ümüdini itirən qız özünü qaladan atır. Ənənə olaraq qızlar Qız Qalasının önünə gül dəstələri gətirirlər. Azərbaycanda indki zamanda valideyinlər öz övladlarının seçiminə hörmətlə yanaşırlar. Nigah mərasimi uzun bir tədbirdir. Elçilik qadıların qız evinə gəlməsi ilə başlayir. Qadınlar razılığa gələndən sonra, kişilər və qadınlardan ibarət elçilik təşkil olunur. Lakin onu da qeyd etmək maraqlıdır ki, qız atasını razı salmaq çətin olur. Ona görə də, oğlan tərəfi elçiliyə hörmətli adamlarla gəlir. Bu ölkədə belə bir məsəl var. Qız – qoz ağacıdı, hər kəs daş ata bilər, qız qapısı – şah qapısıdı. Bu xeyir iş mütləq böyüklərlə məsləhətləşərək edilir. Ata elçilərə “cavabı sonra Sizə çatdırarıq” - deyir. Gəlin atası razılığını bəyan edəndən sonra, toy tədarükü görülür. “Gəlin getdik”dən bir gün əvvəl xınayaxtı mərasimi keçirilir. Bura yaxın qohumlar, gəliinin rəfiqələri dəvət olunur. Bəyin yaxınları gəlinin əllərinə həna yaxırlar. Qaynana və qaynata qarşı tərəfdə çox hörmətlə qarşılanır. Toy günü bəy evində böyük şənlik keçirilir: Sonra oğlan evi gəlini gətirməyə yola düşürlər. Ənənəyə görə gəlinin belini bəyin qardaşı və yaxın qohumluğu olan kişi bağlayır. Gəlinin üz örtüyünün üzərinə pul qoyulur ki, bu isə sonda baş bəzədənə çatır. Bizim zamanlarda artıq bəzi adətlər aradan götürülmüşdür.
Axşam vaxtı Bakının mənzərəsi insanlara rahatlıq baxş edir. Boş vaxtlarını bakılılar Dənizkənarı parkda, Bayraq meydanında, Azadlıq meydanında keçirməyi xoşlayırlar. Şəhərdə Xəzərdən əsən meh daim hiss olunur.

Yunus Oğuzun “Əmir Teymur” əsəri Özbək dilinə tərcümə olunmuşdur.

Azərbaycanın tanınmış yazarı, tarixi əsərlərin müəllifi, “Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzun “Əmir Teymur” əsərli özbək dilinə tərcümə olunmuşdur. Kitab iki hissədən ibarətdir.
Kitabın tərcüməçisi tanınmış alim və tərcüməçi Usman Kuçkordur.

Kitabda dünyaya hakimlik iddiası ilə çıxış edən böyük türk hökmdarı Əmir Teymurun həyatı, fəaliyyəti, dünyanın müxtəlif ölkələrinə yürüşləri öz əksini tapmışdır. Əsər tarixi mənbələrə əsaslanıb, Əmir Teymurun cahan tarixində tutduğu yer, incəsənət və mədəniyyətə qayğısı işıqlandırılır.

"Əmir Teymur dünyanın ən nəhəng imperiyasını quranlardan biri olub və o, ümumiyyətlə, bütün dünyanın maraq dairəsindədir. Qeyd edək ki, tarixi romanda böyük cahangirin hakimiyyətə gəlməsi, igid türk qəbilələrini birləşdirməsi və Hindistana yürüşü əks olunur. Yazıçı Əmir Teymuru türk dünyasının birləşməsi, türk sərhədlərinin genişlənməsi üçün fəaliyyət göstərən bacarıqlı sərkərdə, təcrübəli diplomat və dövlət xadimi kimi xarakterizə edir.

"Əmir Teymur dünyanın hakimi" kitabı Əmir Teymurun həyatının ikinci yarısından, onun Bəyazid üzərində qələbəsindən, dünyanın yarısını fəth etməsi və Teymurilər imperiyasının yaradılmasından bəhs edir.
Romanda zəngin etnoqrafik materiallardan, XIV-XV əsr tarixi mənbələrdəki Əmir Teymur haqqında faktlardan istifadə edilib.

Kitabla maraqlananlar, kitabı oxumaq istəyənlər Heydər Əliyev adəna Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasından kitabı əldə edə bilərlər.

Qeyd edək ki, cari il oktyabr ayının 1-də müəllif Yunus Oğuz, habelə tanınmış Teymurşünasların iştirakı ilə Mədəniyyət Mərkəzinin konfrans zalında kitabın geniş təqdimatı keçiriləcəkdir.
Sizləri təqdimat mərasiminə dəvət edirik.

Mərkəzimizdə yeni Azərbaycan filmlərinin nümayişinə başlanılacaqdır.

Cari il 20 sentyabr saat 18:00-da Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin akt zalında yeni Azərbaycan filmi "Niyyət" filmi nümayiş etdiriləcəkdir. Filmlər Azərbaycan kinosunun 115 illiyi tədbirləri çərçivəsində nümayiş olunacaq. Qeyd edək ki, Mədəniyyət Mərkəzinin 2013-cü il üçün iş planına əsasən həftənin cümə günləri yeni Azərbaycan filmləri nümayiş olunacaqdır. Hər birinizi yeni Azərbaycan filmlərinin təqdimatına dəvət edirik. Filmlərin nümayişi haqqında yeni məlumatları saytımızda izləyə bilərsiniz.

Film: "NİYYƏT"
Janr: Dram.
Ölkə: Azərbaycan, Səudiyyə Ərəbistanı.
Dil: Azərbaycan, Rus, Ərəb.
Film Şirkəti: Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudyası.
Quruluşçu Rejissor: Samir Kərimoğlu.
Ssenari: Yavər Rzayev.
Produsser: Xamis Muradov.
Operator: Nadir Mehdiyev.
Rəssam: Fikrət Ələkbərov.
Bəstəkar: Elvin "Errant" Əmrahlı.
Montaj: Elşad Rəhimov.

Rollarda: Fuad Axundov, Rövşən Məmmədli, Nahidə Əliyeva, Münəvvər Əliyeva, Təvəkkül İsmayılov, Rza Rzayev, Sərvər Əliyev, Elşən Rüstəmov, İdris Rüstəmov, Nana Bax, Məhərrəm Musayev, Vüsalə Ağamaliyeva, Əliqulu Səmədov, Mirtaleh Əsədov, Ayna Zərbəliyeva, Yevgeni Varabjanski, Elnur İsmayılov, Eldar İsmayılov, Çingiz Səfərov, Teymur Abdullayev ..
2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən bu filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa məcbur edir.

“Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.“Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edilib.

Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” əsəri Özbək dilinə tərcümə olunmuş və kitab yaxın günlərdə çap olunacaqdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (“Maxzan-ul Asror”) əsəri özbək dilinə tərcümə edilmişdir.

Kitab tərcüməçi, alim Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə edilmişdir. Kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çapa hazırlanır. Kitabın ön sözünün müəllifi akademik Əziz Kayumov, təzkirəçi-professor Xamidcan Xamididir.

Kitabda böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında məlumat və onun “Sirlər xəzinəsi” əsəri özbək dilində təqdim edilir.

Qeyd edək ki, çap olunduqdan sonra kitabın Mərkəzimizdə təqdimatının keçiriləcəyini, habelə gələcəkdə Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin bütövlükdə özbək dilinə tərcüməsi nəzərdə tutulmuşdur. Kitabın Özbəkistanın böyük kitabxanalarına, ali məktəb kitabxanalarına, elmi tədqiqat institutlarının kitabxanalarına, habelə Nizami irsi ilə maraqlanan ədəbiyyatşünaslara hədiyyə edilməsi planlaşdırılır.

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri arasında ilk təcrübə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, habelə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin Əsasnaməsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları cari il 1 may tarixində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycan dili kurslarının yaradılması xahişi ilə Daşkənddəki çoxsaylı azərbaycanlılar da Mədəniyyət Mərkəzinə müraciət etmişlər.

Kurslar azərbaycanlı tanınmış müəllim, 40 il bu sahədə iş təcrübəsi olan Salama Fətəliyeva tərəfindən aparılır.
Kiçik yaşlı uşaqlarla yanaşı, yaşından və mövqeyindən asılı olmayaraq istənilən şəxs kurslarda iştirak edə bilər. Kurslar ödənişsizdir.

Kurslarda istifadə etmək üçün iştirakçılar Mərkəz tərəfindən bütün əyani vəsaitlərlə və nəşrlərlə təmin edilir, habelə Mərkəzin kitabxanası Azərbaycan dilinin tədrisi ilə bağlı yeni nəşrlərlə zənginləşdirilmişdir.
Qeyd edək ki, kurslarda yaxşı nəticə əldə edən iştirakçılara yekunda xüsusi sertifikatlar veriləcəkdir. Kurslara yazılmaq üçün Mərkəzə 293 53 56 telefonuna zəng edə bilərsiniz.

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası