Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
Mərkəzin strukturu

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnində fəaliyyət göstərir. Səfir cənab Hüseyn Quliyevin rəhbərliyi altında Azərbaycan Mədəniyyət Mərkəzi öz fəaliyyətini  günün tələbləri səviyyəsində qurur və ikitərəfli əməkdaşlığın inkişafı üçün səylə çalışır.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Əlihəsən oğlu Abbasovdur. 

Samir Abbasov 1980-ci il təvəllüdlüdür. 1998-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinə daxil olmuş, 2002-ci ildə buranı uğurla başa vuraraq, sözügedən fakülətdə Biblioqrafiyaşünaslıq ixtisası üzrə magistratura təhsili almışdır. Magistraturanı 2004-cü ildə xüsusi fərqlənmə ilə başa vurmuş, 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında "XXI əsrdə Azərbaycan kitabxanalarının aftomatlaşdırılması problemləri" mövzusu üzrə disertant olmuşdur.
Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında - kitabxanaçı, biblioqraf, "Ulu" mətbəəsində - dizayner, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Elmi İnformasiya şöbəsində - mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsində və Nəşriyyat, reklamın təşkili, informasiya şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır.
Mədəniyyət və Turizm Nazirliyində çalışarkən "Heydər Əliyev və mədəniyyət", "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi", kitablarının hazırlanması məqsədi ilə yaradılmış redaksiya şurasının üzvü olmuş və bu kitabların hazırlanmasında yaxından iştirak etmişdir.
S.Abbasovun iştirak etdiyi araşdırmalar nəticəsində ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində qədim, nadir, unikal kitab və nəşrlər müəyyənləşdirilmiş, Mədəniyyət və Turizm nazirliyinin layihəsi ilə "Azərbaycanın kitab abidələri" adlı disk hazırlanmışdır. Bundan başqa, işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və məhv edilmiş kitabxanalar, onların resursları, məhv edilmiş qiymətli nəşrlər, kitabxanalara dəyən mənəvi və maddi ziyana dair tədqiqat aparılmış, "Dağıdılmış sərvətlər, məhv olunmuş kitabxanalarımız" adlı kitab Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə nəşr olunmuşdur. S.Abbasov onlarla beynəlxalq tədbirlərdə, proqramlarda iştirak etmişdir.

2013-cü ilin fevral ayından Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq əmri ilə Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. S.Abbasov Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibidir.

Telefon: +998 71 293 53 46 (iş)
E-mail: culcenter.az@gmail.com

Azərbaycan Mədəniyyət Mərkəzinin ştatına aşağıdakı vəzifələr daxildir: direktor, direktor müavini, inzibatçı, inspektor.

Mərkəzdə ştatdankənar kurs müəllimləri (kompyuter, Azərbaycan dili), dərnək müəllimləri (rəqs, rəsm, əl işləri və naxıştikmə) fəaliyyət göstərir.

Rəqs kurslarını Azərbaycan və Özbəkistanın əməkdar artisti Kökəb Əliyeva, Azərbaycan dili kurslarını tanınmış azərbaycanlı pedaqoq Salama Fətəliyeva aparır.

Mərkəzin nəzdində “Azərbaycan qızları” rəqs ansamblı (bədii rəhbər - əməkdar artist Kökəb Əliyeva) və “Azərbaycanım” musiqi qrupu yaradılmışdır.
Mərkəzdə kitabxana, 3 muzey, konfrans zalı, dərnək və kurslar fəaliyyət göstərir.

Azərbaycan Mədəniyyət Mərkəzində qədim Azərbaycan geyimləri, habelə müasir rəqs kollektivləri üçün geyimlər vardır. 
Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası