Diaspora işi, yerli azərbaycanlıların irsinin təbliği
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Özbəkistanda yaşayıb yaradan tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində mühüm işlər görülür.
Tanınmış rəssamlar Yusif Hesynov və Eynulla Əliyevin, şair İxtiyar Rzanın yaşadıqları evlərinin üzərində onların xatirə löhvələri - barelyeflərinin açılışı olub.
Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə və Firudin Səfərov kimi tanınmış xadimlərin yubiley mərasimləri keçirilib.
Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyət həftəsi çərçivəsində 2017-ci ildə Səmərqənd Dövlət Universitetində Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.
Tanınmış azərbaycanlılara həsr olunmuş çoxsaylı konfranslar, yubiley tədbirləri, sənədli film hazırlanıb.
Azərbaycan əməkdar artisti, Özbəkistanın “Dostluq” ordenli Kaykep Aliyevanın 80 illik yubileyi münasibəti ilə ona Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi adı verilib.
Özbəkistanda tanınmış azərbaycanlı opera rejissoru, Azərbaycan və Özbəkistanın xalq artisti Firudin Səfərovun 85 illik yubileyi geniş şəkildə qeyd olunub.
Hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan Dostluq Muzeyində “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı xüsusi guşə yaradılır.