Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Azərbaycan, Özbəkistan, Türkiyənin - üç tərəfli konfrans keçirilib.
Samux rayonundakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Türkiyənin Gəncədəki konsulluğunun və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux, Sumqayıt, Salyan, Sabirabad, Siyəzən, Şamaxı, Hacıqabul, Neftçala, Bərdə, Ağdam, Ucar, Kürdəmir, Zərdab, Zaqatala, Qax, Qusar, Qəbələ, Tovuz, Gədəbəy, Beyləqan, Astara, Yardımlı, Lerik, Cəlilabad) iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Ulu öndər Heydər Əliyev-müasir Azərbaycanın qurucusu” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
12.12.2020