Özbəkistanda keçirilən milli mədəniyyət və mətbəx festivalında Azərbaycan 2-ci yerə layiq görülüb. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən milli mədəniyyət və mətbəx festivalında Azərbaycan 2-ci yerə layiq görülüb.

Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib.
Rəsmi açılışda çıxış edən Özbəkistan xarici işlər nazirinin müavini Qayrat Fazilov tədbirin əsas məqsədi ölkənin milli mətbəxinin təbliğ edilməsi olduğunu qeyd etdi. O, tədbirdə iştirakçı ölkələrin öz mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkan qazandıqlarını söylədi.
Festivalda Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Hindistan, Koreya, Avropa Birliyi, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan, Fələstin, Əfqanıstan və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.
Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər Festivalın Münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu il Festivalın əsas devizi ölkələrin stendində hazırlanan ən yaxşı balıq yeməyi və milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub.
Milli mədəniyyət nümunələrimizi özündə əks etdirən Azərbaycan stendi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan balıq ləvəngisi Festivalın sonunda xüsusi mükafatla təltif edilmiş, Azərbaycan təmsilçiləri festivalda 2-ci yerə layiq görülüblər.
Mərasimdə 1-ci yer Qırğızıstan, 3-cü yerə isə Əfqanıstan layiq görülüb.
Festivalda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

30.09.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası