Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şair və tərcüməçisi Usman Kuçkar vəfat edib Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şair və tərcüməçisi Usman Kuçkar vəfat edib

Özbək və Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Özbəkistanın tanınmış naşiri, şair, Azərbaycan ədəbiyyatı üzrə tərcüməçi, alim Usma Kuçkarov dünyasını dəyişib.

Ədəbiyyatımızın yaxın dostu Usman Kuçkar ömrünün 65 payızında vəfat edib. U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib.
U.Kuçkarın tərcüməsində Xalq Şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanlar, Əli Həsənovun "Geopolitik" kitablarını da özbək oxucularına çatdırılıb.
Ötən il çap olunan “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır. Tərcüməçi Cəlil Məmmədqulzadənin, Hüseyn Cavidin seçilmiş əsərlərini də özbək dilinə tərcümə etmişdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyasının materiallarının Özbək dilinə tərcüməçiləri arasında Usman Kuçkar da var.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi Usman Kuçkarın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və sevənlərinə başsağlığı verir və onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildirir. Allah rəhmət eləsin.

21.09.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası