“Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

“Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi.

Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib.
Təqdimatda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistandakı Azərbaycan diasporunun üzvləri, alilmlər, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Quliyev Azərbaycan dövlətinin diaspora siyasətindən danışaraq, azərbaycanlıların yaşadıqları ölkənin ictimai-mədəni həyatında fəal olmasının vacib olduğunu qeyd etdi. Səfir “Dünya azərbaycanlılarının palitrası” kitabını yüksək qiymətləndirərək kitabda bəhs olunmuş nüfuzlu azərbaycanlıların dünyada öz sözünü demiş və xalqımızı dünyaya tanıtdıqlarını qeyd etdi.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə çıxış edərək kitabın hazırlanması, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyətləri barədə məlumat verdi. O qeyd edib ki, dövlət müstəqilliyimizin 25 illiyi münasibəti ilə ərsəyə gələn kitabın əsas hədəfi xaricdəki soydaşlarımzla əlaqələrin yaranması, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsidir". O, ümumi olaraq kitabda dünyanın 5 qitəsindəki aktiv həmvətənlərimizdən 173 müsahibəsinin yer aldığını qeyd etdi.
Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında qeyd etdi ki, Özbəkistanda azərbaycanlılar daim aktiv olmuş və onlar öz yaradıcılıqları, fəaliyyətləri ilə iki xalq, dövlət arasında bir körpü rolunu oynayırlar. O, qeyd etdi ki, məşhur maarifçi-pedaqoq Seyid Rza Əlizadə, şair – yazıçı Maqsud Şeyxzadə, tanınmış rəssam və heykəltaraşlar Yusif Hüseynov, Eynulla Əliyev, şair İxtiyar Rza, yeganə opera rejissoru Firudin Səfərov və b. ziyalılar qardaş Özbəkistanın elminə, mədəniyyətinə, ədəbiyyatının inkişafına öz töhvələrini veriblər.
Azərbaycan Diaspora Təşkilatının Daşkənd Vilayəti üzrə rəhbəri Firdovsi Hüseynov bu cür layihələrin diaspora fəalları üçün stimul yaratdığını, onların Ana Vətənə - Azərbaycana bağlılığını daha da artırdığını qeyd edərək Özbəkistandakı tanınmış azərbaycanlıların irsi barədə məlumat verdi. Digər çıxışçılar Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında ədəbi-mədəni əlaqələr və azərbaycanlıların Özbəkistan ictimai həyatında fəal iştirakı barədə məlumat verdi.
Daşkənddəki Ə.Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova xalqlarımız arasında tarixi dostluqdan danışaraq, yaxın günlərdə Azərbaycana səfərdə olmuş Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycana səfərdən təsirlənərək yazdığı “Azərbaycan” şeirini söylədi və şeur iştirakçıların alqışları ilə qarşılandı.
Sonda kitabın müəllifi Fuad Hüseynzadə “Dünya azərbaycanlılarının palitrası” kitabına avtoqraf yazaraq iştirakçılara və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə etdi.

13.02.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası