Özbəkistanın Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə Səmərqənd şəhərində keçirilən “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib.
Konfransda Şərqin qədim ali təhsil ocağı olan Səmərqənd Dövlət Universitetinin, habelə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin müəllim və professorları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səmərqənd Dövlət Universitetinin birinci prorektoru Eşdayev Alişer Özbəkistanla Azərbaycanının mədəni-ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə təsadüf etdiyini, xalqlarımızın bir-birinə tarixi yaxınlığı, qohumluq əlaqələri, dil, mədəniyyət, musiqi, eyni dinə sitayiş etmələri bu əlaqələri daha da dərin və möhkəm etdiyini söyləyib. O, Özbəkistanda Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük maraq olduğunu, Azərbaycan şairlərinin heç də Özbək şairlərindən fərqləndirilmədiyini, sevilərək oxunulduğunu qeyd edib. İki ölkə arasında mədəni-ədəbi əlaqələrin hər zaman öyrənilməsinin, tədqiqinin, təbliğinin vacib olduğunu bildirən natiq, elmi konfransın əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim dövrlərdən başlanan və bugün də uğurla davam edən Özbəkistan-Azərbaycan əlaqələri haqqında məlumat verib, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın birinci prezidenti İslam Kərimovun xidmətlərini qeyd edib. Diplomat Azərbaycan və Özbəkistanın tarixi ipək yolunun üzərində yerləşdiyini, ölkələrimiz arasında bağlılıq, oxşarlıq haqqında danışaraq, bir sıra tanınmış mədəniyyət, ədəbiyyat simaları Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun və başqa şəxslərin bu əlaqələrdəki rolu barədə məruzə edib. O, ədəbiyyatımızın və mədəniyyətimizin biri biri ilə qarşılıqlı vəhdətdə zənginləşdirdiyini və inkişaf etdiyini qeyd edib. Samir Abbasov çıxışının sonunda Universitetin kitabxanasına Azərbaycan Mədəniyyət Mərkəzi adından “İrəvan xalçaları” kitabını hədiyyə edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında əlaqələrin tarixindən tanışaraq, bu istiqamətdə son 5 ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən danışaraq, çoxsaylı nəşrlərin işıq üzü görməsini, iki ölkənin mədəniyyət, ədəbiyyat adamları, təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsini fəxrlə qeyd edib.
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, filoloq Gülbahar Aşurova müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri barədə məruzə ilə çıxış edib. O, tədbirdə Özbəkistanın xalq şairi və yaxın günlərdə Bakıda 80 illik yubileyi geniş qeyd olunan Camal Kamalın səfərdən təsirlənərək yazdığı “Azərbaycan” şeirini oxuyub və şeir konfrans iştirakçılarının alqışlarına səbəb olub.
Çıxış edən digər natiqlər - Səmərqənd Dövlət Universitetinin professoru, tarixçi alim İlhamcan Saidov, Termez Dövlət Univsersitetinin doktorantı Abidcan Şafiyev iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair geniş məruzələr ediblər.
Tədbirdə Özbəkistanın və Tacikstanın əməkdar artisti Asadulla Ataullayev Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərindən tarda ifa edərək oxumuşdur.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair hazırlanmış kitab kolleksiyası Səmərqənd Dövlət Universitetinə hədiyyə edilib.

13.06.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası