Səmərqənddə Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı kitablar təqdim edilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Səmərqənddə Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı kitablar təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.

AMM-in əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təqdim olunan kitablar haqqında məlumat verib.

Mərkəzin direktoru Şaxodat Əhmədova belə kitab kolleksiyası təqdim etdiyinə görə AMM-ə minnətdarlığını bildirib, bu kitabların gənclərin istifadəsinə veriləcəyini deyib. O qeyd edib ki, bu sahədə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Kitab kolleksiyasına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlarla bağlı nəşrlər, Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması, Olimcon Buriyevin tərcüməsində Nizami Gəncəvinin "Xəmsə"si, "XX əsr Azərbaycan poeziyası antologiyası", "Azərbaycanın mədəni irsi", "Azərbaycan yazıçılarının hekayələri", Məhəmməd Füzulinin "Qəlb gövhəri", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), "Müasir Azərbaycan şairlərinin şeirləri", tanınmış yazıçı Yunus Oğuzun "Sultan Alp Arslan", "Şah arvadı və cadugər" romanları, Xalq Yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", özbək tarixçisi Şuxrat Salamovun "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" və "Qarabağ: ideyalar müharibəsi" kitabları və digər nəşrlər daxildir. Səmərqənddə Azərbaycan mədəniyyəti günləri davam edir.

13.06.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası