Özbəkistanın qədim Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın qədim Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyəti, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyinin 1-ci katibi Samir Abbasov “Azərbaycan Mədəniyyət günləri”nin keçirilməsində əsas məqsədin qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək, ölkələrimiz, xalqlarımız arasında dostluğu daha da möhkəmləndirmək olduğunu söyləyib.
Samir Abbasov Səmərqənd şəhərindəki “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini və bu məqsədlə şəhərin mərkəzindəki park bulvarda Azərbaycan musiqilərindən ibarət konsert proqramının, Azərbaycan milli geyimlərindən, ölkəmizin Qarabağ bölgəsinin milli libaslarından ibarət moda sərgisinin keçirilməsi, Səmərqənd dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi Konfransın təşkili, Səmərqənd kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması mərasimi, Səmərqənddə azərbaycanlı tanınmış rəssam, heykəltaraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefinin açılış mərasimi və s. tədbirlərin planlaşdırıldığını qeyd edib.
Açılış mərasimində çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə departamentin rəhbəri Muxtar Nasirov şəhər hakimiyyəti və Universitet adından hamını salamlayaraq, iki xalq, dövlət arasında dostluq əlaqələrindən danışıb, qardaş Azərbaycana Səmərqənddə böyük maraq olduğunu bildirib. O, Səmərqəndin açıq havada bir muzeyi xatırlatdığını söyləyib, şəhərdəki tarixi abidələrin tikilməsində azərbaycanlı memarların da böyük xidmətləri olduğunu vurğulayıb.
Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bütöv bir həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd edib. O, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə bu cür silsilə tədbirlərin təşkilinə və mədəniyyətimizi Özbəkistanda bu cür əhatəli təbliğinə görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Səmərqəndin mərkəzi park – bulvar ərazisində keçirilən açılış mərasimində park əsl Azərbaycan görkəmi almışdır. Parkda təşkil olunmuş fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin təbiəti, tarixi abidələrinə dair fotoşəkillər təşkil olunmuş sərgidə nümayiş etdirilib. Park ərazisində yaradılmış ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyətini, ənənələrini özündə əks etdirən və milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük diqqətinə səbəb olub.
Milli suvenirlərimiz, mədəniyyətimizə dair eksponatlar, Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçalarımız, habelə milli musiqi alətlərimizə dair təşkil olunmuş sərgi də böyük diqqət qazanıb.
Tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan kitablar sərgilənmişdir.
Tədbirdə Azərbaycan çayı, milli şirniyyatlarımız qonaqlara təqdim olunub.
Açılış mərasimində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan musiqilərini ifa ediblər. Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin şagirdləri Qarabağa dair musiqilər oxuyub, dünya şöhrətli “Özbək gəncləri” musiqi qrupu milli mahnılarımızı səsləndiriblər. Tədbir geniş konsert proqramı ilə davam edib, böyük tamaşaçı marağına səbəb olub.

12.06.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası