2017-ci ildə Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinin nominasiyaları elan edildi. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

2017-ci ildə Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinin nominasiyaları elan edildi.

Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsi artıq 4 ildir keçirilir, müsabiqə nəticəsində Özbək mətbuatında Azərbaycan haqqında yüzlərlə məqalələr dərc olunmuş, iki ölkə arasında dostluq əlaqələri təbliğ edilmiş, Özbək oxucuları qardaş Azərbaycan, onun mədəniyyəti, ədəbiyyatı, turizm potensialı və s. haqqında geniş məlumat əldə edirlər. Bu ildə sözügedən ənənə davam etdirilmiş, müasabiqənin nominasiyaları müəyyən edilmişdir.
Beləliklə, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə 2017-ci ildə Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinin nominasiyalarının "Azərbaycan və İslam həmrəyliyi", "Azərbaycanda ekoturizm və tibbi-müalicəvi turizm", "Azərbaycan-Özbəkistan tərəfdaşlığı: qədimlikdən müasirliyə" mövzusunda elan edilmişdir. Qeyd olunan nominasiyalarla yanaşı il ərzində bir sıra təşəbbüs və fəallıqları ilə seçilən mətbu orqanlar və şəxslər də mükafatnandırılır: "Özbək mətbuatında Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan”, "Özbəkistanda Azərbaycanla bağlı nəşr olunmuş ilin ən yaxşı kitabı", "Özbəkistanda Azərbaycana dair ilin ən yaxşı tərcümə əsəri”, "Özbəkistanda Azərbaycanla dostluğu, ədəbi-mədəni əməkdaşlığı təbliğ edən və bu sahədə il ərzində öz aktivliyi ilə seçilən şəxslər də müsabiqənin xüsusi mükafatları ilə təltif olunur.
Qeyd edək ki, qalibləri müəyyən etmək üçün Özbəkistanda tanınmış jurnalistlər, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış elm, mədəniyyət xadimlərindən ibarət xüsusi komisiya yaradılmış və Komisiyanın xüsusi rəyi nəticəsində qaliblər müəyyən edilir.
Müsabiqənin qalibləri xüsusi pul mükafatları, fəxri fərman və hədiyyələrlə təltif olunur. Əlavə məlumatlar almaq istəyən şəxslər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edə bilər: telefonlar 293 50 92, email: culcenter.az@gmail.com.

08.02.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası