Daşkənddə “Azərbaycanı tanıyaq” layihəsi çətçivəsində xeyriyyə tədbiri keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Azərbaycanı tanıyaq” layihəsi çətçivəsində xeyriyyə tədbiri keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanı tanıyaq” layihəsi çətçivəsində növbəti xeyriyyə tədbiri keçirilib.
Tədbirdə Daşkənddəki beş internat məktəbi və uşaq evlərinin 250-dən artıq şagirdi iştirak edib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri ilə bağlı layihələri barədə danışaraq, yeganə maraqlarının gələcək nəsillər olan uşaqlara iki ölkə arasında dostluğu təbliğ etmək, gələcəkdə də yüksək səviyyəli bu münasibətlərin davam etməsinə çalışmaq olduğunu vurğuladı.
Daşkənddəki 102 nömrəli məktəbin direktoru Manzura Saidazimova, 4 nömrəli internat məktəb direkltorunun müavini Manzura Karimova, 22 saylı uşaq evinin tərbiyəçisi Nina Vereşagina və 30 nömrəli uşaq evi direktorunun müavini Fanila Qabbasova və başqaları uşaqların tərbiyə edilməsində belə tədbirlərin rolundan danışıblar. Onlar tez-tez belə xeyriyyə tədbirlərinə dəstək göstərdiyi üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlıqlarını bildiriblər. İnternat məktəblərinin təmsilçiləri bu cür xeyriyyə tədbirlərinin keçirilməsinin iki ölkə arasında dostluğun necə yüksək səviyyədə olmasının bir göstəricisi olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində Daşkənddəki internat məktəblərinin fiziki qüsurlu uşaqları özbək, azərbaycan və dünya xalqlarının rəqslərini ifa ediblər. Tədbirin sonunda uşaqlara bir sıra sovqatlar verilib, onlar plov, meyvə və şirniyyatlara qonaq ediliblər.

28.01.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası