Bakı-Daşkənd-Bakı birbaşa aviareysi fəaliyyətə başladı. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Bakı-Daşkənd-Bakı birbaşa aviareysi fəaliyyətə başladı.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi uzun müddətdir ölkələrimiz arasında turizm sahəsində əlaqələrin dərinləşməsi istiqamətində çoxsaylı tədbirlər və layihələr gerçəkləşdirilir.
Ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafına təkan verəcək ən böyük hadisə isə cari il İyun ayının 30-da “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Daşkənd-Bakı birbaşa hava reysinin açılması mərasimi olub.
Bu münasibətlə Daşkənd Beynəlxalq aeroportunda keçirilən təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak edib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə bu münasibətlə Daşkənddə yaşayan azərbaycanlıları və digər sərnişinləri təbrik edib, bildirib ki, hələlik uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Nəzərdə tutmuşuq ki, bu il avqustun 1-dən reyslərin sayını artıraq. Belə ki, yeni hava xətti rentabelli olarsa, Bakı-Daşkənd-Bakı hava xətti həftənin çərşənbə günləri də yerinə yetiriləcək.
Özbəkistan Dövlət Televiziyasının aparıcısı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu gün Azərbaycana gedən “Mediatur” iştirakçılarının tərkibində olan Elmira Tuxvatillina da reysin açılması ilə tədbir iştirakçılarını təbrik edib.
“Taşkent zeboları” rəqs ansamblının üzvləri Azərbaycan və özbək rəqslərini ifa ediblər.
Sonra qonaqlar bu münasibətlə hazırlanan süfrəyə dəvət edilib.

31.06.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası