Daşkəndddə türkologiya ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak edib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkəndddə türkologiya ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak edib.

Əlşir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Qazaxıstandakı Türk Akademiyasının təşkilatçılığı ilə Daşkənddə “Özbək dilinin beynəlxalq türkologiyada rolu və beynəlxalq əməkdaşlıq məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Universitetdə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiyadan tanınmış alimlər, türkoloqlar iştirak edib.
Ölkəmizi bu konfransda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz, AMEA- Əlyazmalar İnstitunun bölmə müdiri Kərimulla Məmmədzadə və Bakı Slavyan Universitetinin müəllimi, fəlsəfə doktoru Yaşar Alxasov təmsil edib.
Universitetinin rektoru, professor Şuxrat Siracəddinov iştirakçıları salamlayıb və uzun illərdən sonra Özbəkistanda türkologiya ilə bağlı keçirilən ilk konfransın bu sahədə böyük əhəmiyyət kəsb edəcəyini bildirib.
Özbəkistanın təhsil naziri İnamjon Majidov, Astanadakı Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin professorru, akademik Axmadali Askarov və başqaları təbrik nitqi söyləyib, konfransa uğurlar arzulayıblar. Samir Abbasov çıxışında konfransın əhəmiyyətindən danışaraq xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə malik olduğunu, Dədə Qorqud, Manas, Alpamış, Koroglu kimi eposlar yaradan, Nizami, Yunus Əmrə, Abay, Əlişir Nəvai, Fuzuli, Muxtimqulu kimi dahi söz ustaları yetişdirən türk xalqlarının zəngin mədəniyyəti və ədəbiyyatından danışıb. Natiq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk xalqları ədəbiyyatlarına, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymət barədə danışıb, 2005-ci il 5 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev I Türkoloji Qurultayın 80 illiyinin Azərbaycanda geniş qeyd olunmasına dair Sərəncam imzaladığını və 2006-cı ildə Bakıda böyük Beynəlxalq Konfransın təşkil olunduğunu söyləyib.
O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək və Azərbaycan dilində çapdan çıxan “Özbək şeiri çələngi” adlı kitabı universitetin rektoruna təqdim edib.
Yunus Oğuz, Yaşar Alxasov və Kərimulla Məmmədzadə konfransda türkologiyanın aktual məsələləri ilə bağlı məruzə ediblər.
Çıxışlarda bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək türk dünyası ölkələri arasında ilk dəfə olaraq Bakı şəhərində I Türkoloji Qurultay keçirilib. XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının həyatında bu qurultayın böyük rolu olub. Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də aktuallığını saxlayıyır.
Əlşir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Astanadakı Beynəlxalq Türk Akademiyası arasında Əməkdaşlığa dair memorandum imzalanmışdır.

11.05.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası