Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan tarixi muzeyi”nin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yenidənqurmadan sonra unikal muzeyin - “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin rəsmi açılışı olub.

Qeyd edək ki, “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.

Tədbirdə Özbəkistanın aparıcı muzeylərinin rəhbərləri, əməkdaşları, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Öncə Mədəniyyət Mərkəzinin foyesində “100 yaşlı Cümhuriyyətimiz” adlı foto-sərgi iştirakçılara təqdim edilib.

Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etdiyini qeyd edib. O, ulu öndər Heydər Əliyevdən sitat gətirərək qeyd edib: “Biz öz keçmişimizlə, milli dəyərlərimiz, adət-ənənələrimiz və böyük tariximizlə qürur duyuruq”.

Samir Abbasov muzeyin yaradılmasında əsas məqsədin xalqımızın qədim tarixini, zəngin mədəniyyətini Özbək xalqına çatdırmaq və təbliğ etmək olduğunu bildirib.

Xalqın mövcudluğunun əsas göstəricisi onun tarixi, mədəniyyəti, dili, ədəbiyyatı, adət-ənənələri olduğunu qeyd edən diplomat qədim köklərə malik Azərbaycan xalqının əsrlər boyu öz maddi və mənəvi irsini, milli dəyərlərini qoruyub saxladığını vurğulayıb və muzeyin ölkəmizin təbliği istiqamətində gələcək rolundan danışıb.

Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılaova muzeyin açılmasını tarixi hadisə adlandırıb və qardaş Azərbaycan, onun dövlətçiliyi, tarixi, ənənələri haqqında məlumat almaq istəyən hər bir şəxs üçün muzeyin mükəmməl informasiya mənbəyi olduğunu qeyd edib. O, yeni eksponatlar, kompozisiyalarla zənginləşdirilən Azərbaycan tarixi muzeyinin uzun illər böyük zəhmət hesabına ərsəyə gəldiyini və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinin uğurla nəticələndiyini söyləyib.

Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Qadınlar Komitəsinin baş ekisperti, alim, politoloq Cəmilə Şermuxamedova böyük dövlətçilik ənənələrinə malik olan, Qafqazın mirvarisi sayılan Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrindən danışıblar. Onlar Azərbaycanın həm tarixi, həm də zəngin mədəniyyəti ilə cəlbedici olduğunu, Özbəkistanda böyük maraq və sevgi yaratdığını qeyd ediblər.

Daha sonra Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumda tərəflər xalqlarımızın tarixi, milli mədəniyyətinin təbliği, habelə bu istiqamətdə birgə layihələrin, tədbirlərin, sərgilərin təşkili və s. məsələlər öz əksini tapıb. Kiçik konsert proqramı və milli rəqslərimiz ifa olunduqdan sonra Muzeyin rəsmi açılış lenti kəsilib.

“Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində dünyada ən qədim insan yaşayış məskənlərindən biri olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəninin maketləri, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksinin, İrəvan şəhərindəki Göy məscidin, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar nümayiş etdirilir.

İştirakçılara məlumat verilib ki, muzeydə ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan dövlətləri - Manna, Midiya, Azərbaycan tarixinin şanlı səhifəsi - Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycana aid tarixi xəritələr, habelə müstəqillik əldə etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə dair guşələr yaradılmış, milli musiqi alətlərimiz, geyimlərimiz, qədim və müasir pul əskinazlarımız, habelə dövlət rəmzlərimiz ayrıca olaraq sərgilənəcəkdir.

Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dünyanın ən nəhəng layihələrindən olan - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı – Tbilisi – Kars dəmiryolu layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.

Yeni açılmış Azərbaycan tarixi və dövlətçiliyi muzeyinə Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün ekskursiyaların təşkil olunacağı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəzərdə tutulub.

01.10.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası