Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Lənkəranda “Azərbaycan və Özbəkistan Böyük İpək Yolu ilə” adlı Beynəlxalq tədbirin keçirilməsi, Özbək jurnalistlərinin növbəti mediaturunun Azərbaycanın cənub bölgəsinə təşkili razılaşdırılıb.


27 mart 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə bir sıra məsələlər danışılıb, gələcəkdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə fikirlərini bölüşüb, birgə tədbirlərin reallaşdırılması məqsədilə yaxın zamanlarda ikitərəfli əməkdaşlığa dair Memorandumun imzalanmasını razılaşıblar.

Görüşdə cari ilin iyun ayında Özbəkistan Respubikasında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın aparıcı media nümayəndələrinin iştirakı ilə təşkil olunacaq növbəti “Mediatur”un Azərbaycanın cənub bölgəsinə də təşkil olunması, Lənkəran şəhərində “Azərbaycan və Özbəkistan böyük ipək yolu ilə” adlı Beynəlxalq tədbirin keçirilməsi, Özbəkistanın incəsənət usatalarının, musiqi kollektivlərinin iştirakı ilə konsert proqramının təşkili ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılmış və ilkin razılıq əldə olunub.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova lazımi qurumlarla məsələnin müzakirə edəcəyini və detallarının razılaşdırılacağını bildirib.

27.03.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası