Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Fərqanə Vilayətinin Riştan rayonu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyinin İsmayıllı rayonuna səfəri başlayır.

Özbəkistandakı Azərbaycan Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə Vilayətinin Riştan rayonu arasında qardaşlaşma haqqında saziş imzalanıb.

Qeyd edək ki, sözügedən sazişə əsasən tərəflər elm, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində iş aparacaqlar.

2018-ci ilin 3 dekabr tarixində Azərbaycanın İsmayıllı rayonundan olan nümayəndə heyəti Özbəkistana səfərə gəlib, əməkdaşlıq əlaqələrinin yaradılmasına dair görüşlər keçirilib.

Cari ilin 21-25 aprel tarixlərində isə Özbəkistanın Riştan rayon hakimiyyətinin, habelə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərinin Azərbaycanın İsmayıllı rayonuna səfəri gözlənilir.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə səfərin əsas məqsədi tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, birgə layihələrin reallaşdırılması məsələləridir.

Səfər çərçivəsində Nümayəndə heyəti ilə İsmayıllı rayon İcra Hakimiyyətində görüş keçiriləcək, əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Nümayəndə heyətinə İsmayıllının tarixi, mədəniyyəti, turizm imkanları haqqında məlumat veriləcək, onların Lahıc, Basqal, İvanovka qəsəbələrini ziyarət edərək, İsmayıllı Xalça fabriki, rayondakı velosiped istehsalı zavodu, İsmayıllı şərab müəssisəsi, Hacıhətəmli və Talıstan turizm komplekslərinin işi ilə tanışlıq nəzərdə tutulmuşdur.

Özbəkistan mümayəndə heyətinin tərkibində bu ölkənin Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə komitənin İdarə rəisi Feruz Bekov, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov, Riştan rayon hakimi (mer) Tavakalcon Raximov, Riştan rayon hakiminin investisiya, inovasiya və turizmin inkişafı üzrə müavini İslam Madaminov və başqa şəxslər olacaqdır.

Səfər zamanı Özbək mədəniyyəti, incəsənətinə dair təqdimat mərasiminin keçirilməsi, tanınmış özbək makom ustası, xanəndələr Davron Kadırovun, Beqali Abduvaliyevin çıxışları, Riştan şəhərindən gətirilən əl işləri-kermamika məhsullarının sərgisi nəzərdə tutulub.

Özbəkistanın şərqində yerləşən Rişton şəhəri Böyük İpək Yolunun üzərində, Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən bəri Orta Asiyadakı nadir şüşə keramika istehsalı üçün böyük mərkəz kimi tanınan Riştanın tarixi bizim eranın II əsrinə təsadüf edir.

18.04.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası