Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənddəki ”Turon” Kitabxana-İnformasiya Mərkəzi arasında Memorandum imzalanıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə iyun ayının ilk yarısında keçirilən “Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” uğurla başa çatıb.

“Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” çərçivəsində son layihə olaraq Daşkənd şəhərindəki ən qədim mədəniyyət, informasiya mərkəzlərindən olan ”Turon” Kitabxana-İnformasiya Mərkəzi ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Mədəniyyət Mərkəzi və ”Turon” Kitabxana-İnformasiya Mərkəzi arasında imzalanmış Memoranduma əsasən tərəflər mədəniyyət və ədəbiyyat sahəsində birgə layihələrin icrası, tədbirlərin keçirilməsi, Azərbaycan və Özbəkistanın mədəniyyətinin, ədəbiyyatının təbliği, eimi irsinin öyrənilməsi, “Turon” Mərkəzində “Azərbaycan” və “Dostluq” güşələrinin, fondlarının yaradılması, qarşılıqlı olaraq konfranslarda, seminarlarda, elmi və ədəbi simpoziumlarda, müsabiqələr və festivallarda iştirak, Azərbaycan dilinin öyrənilməsi imkanın yaradılması, kitabxanalar arasında təcrübə və kitab mübadiləsinin həyata keçirilməsi, ölkələrin mədəniyyəti və ədəbiyyatı haqqında mühazirələrin və təqdimatların təşkili nəzərdə tutulur.

Memoranduma əsasən tərəflər mədəniyyət və ədəbiyyat sahəsində mövcud məsələlər üzrə birgə nəşr layihələri, tanınmış ədəbiyyat nümayəndələri, şair və yazıçılarla görüşlər, təmsil etdikləri sahənin aktual məsələlərinə dair seminarlar, dəyirmi masalar, konfranslar, habelə kitab təqdimatları təşkil edəcəklər. Sənədə əsasən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ”Turon” Kitabxana-İnformasiya Mərkəzinin Azərbaycan kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və genişləndirilməsinə dəstək veriləcəkdir.

Bundan başqa, ”Turon” Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün Azərbaycan Mədəniyyət Mərkəzinin muzeylərinə mütəmadı olaraq ekskursiyalar təşkil olunacaq, onlar üçün xüsusi kurslar təşkil ediləcəkdir.

Memorandum cari il 14 iyun tarixində Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Turon” İnformasiya-Kitabxana Mərkəzinin direktoru Dildora Abduəzizova tərəfindən imzalanıb.

18.06.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası