Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg1
  • bg2
  • bg1
  • bg2
  • bg2
  • bg2
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın qədim Xivə şəhərində “Rəqsin sehri” Beynəlxalq Festivalda Azərbaycan rəqs kollektivi qran-pri mükafatına layiq görülüb.

“Rəqsin sehri” adlı Beynəlxalq Festivalda dünyanın 20 ölkəsindən, habelə Özbəkistanın regionlarından çoxsaylı rəqs ansamblları iştirak edib.

Ölkəmizi bu festivalda Əməkdar Mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.

Festivalın təntənəli açılış mərasimi Xivədəki qədim “İçan Kala” Qoruq-muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı keçirilib.

İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayaraq, Festivalın əhəmiyyəti, rəqs sənətinin xüsusiyyətləri, ilk dəfə olaraq Özbəkistanda keçirilən nüfuzlu tədbirdə dünyanın bir sıra dövlətlərinin yaxından iştirak etdiklərini qeyd ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov tədbirdə iştirak etmişdir. Ölkəmizdə mədəniyyət və incəsənətə dövlət qayığsından danışan P.Zeynalov bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.

Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə usta dərslərinin keçilməssi və digər tədbirlər keçirilib.

Azərbaycan rəqqasları festivalda üç milli rəqsimizi ifa ediblər.

Sonuncu gün keçirilən Qala-Konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı-Qran-Priyə layiq görülüb.

16.09.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası