Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg13a
  • bg14
  • bg15
  • bg16
  • bg15
  • bg16
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 13a 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimi keçirilib.


Daşkənddəki “Zərəfşan” kino-konsert zalında Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə kino günləri Daşkənd, Səmərqənd və Almalık şəhərlərində keçiriləcək.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatları, kino sahəsinin mütəxəssisləri, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.

Azərbaycan kinosu günlərində ölkəmizin Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssisləri iştirak edir.

“Özbəkkino” Milli Agentliyinin Baş diirektoru Firdavs Abduxalikov kino-konsert zalına toplaşanları salamlayb, hələ keçmiş SSRİ dövründə Azərbaycan və Özbəkistan kinemotoqrafçlar arasnda olan sıx əlaqələrdən, hazırda bu əməkdaşlığın dirçəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Almaz Sultanzadə kino sahəsində əlaqələrimizin daha da inkişaf etdirilməsi zəruriliyindən danışıb. O, qeyd edib ki, Daşkənd, Səmərqənd və Almalık şəhərlərində kino günləri çərçivəsində Azərbaycan və Özbəkistan kinemotooqrafçılarının görüşləri keçiriləcək, usta dərsləri təşkil olunacaq.

Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Səfir vurğulayıb ki, Azərbaycan müntəzəm olaraq Özbəkistanda keçirilən müxtəlif mədəni tədbirlərdə iştirak edir və həmişə də yüksək yeyrlər tuturlar. Hüseyn Quliyev mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib.

Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas Ayaz Salayev və rejissor Mirbala Səlimli ölkələrimiz arasında keçmiş SSRİ dövründə yaradallan əlaqələərin bərpa olunmasI, kinemotoqrafiya sahəsində həyata keçiriləcək layihələrdən danışıblar. Azərbaycan kinosu günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblnn üzvləri milli rəqslərimizi ifa ediblər.

Tədbirin sonunda Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi nümayiş etdirilib.

25.09.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası