Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg9
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xeyriyyə tədbiri keçirib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənd şəhəri, Daşkənd vilayətinin Buka və Sırdərya vilayətinin Gülüstan şəhərlərindən gələn 10 uşaq evlərinin 250-dək şagirdi və müəllimlər iştirak edib.

Əvvəl uşaqlar Heydər Əliyev Muzeyi və Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, həmçinin foyedə təşkil olunan şəkil və suvenirlərdən ibarət sərgiyə baxıblar. Onlara ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilib.
Sonra uşaqlar salona dəvət edilib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qarşıdan gələn Yeni il münasibəti ilə uşaqları təbrik edib, Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında uşaqların elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.

Sonra uşaqlar özbək və dünya xalqlarının mahnı və rəqslərini, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Konsert başa çatdıqdan sonra uşaqlar bayram süfrəsinə dəvət olunub, onlar plov və müxtəlif şirniyyatlara və meyvələrə qonaq ediliblər.
Sonda hər bir uşağa bayram hədiyyəsi təqdim edilib.

25.12.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası