Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistana Azərbaycanla bağlı göndərilən zəngin kitab kolleksiyasının Daşkənddə sərgisi açıldı.

Xəbər verildiyi kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə bu ölkənin nüfuzlu ali təhsil ocağı olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılmaqdadır.

Bununla əlaqədar, Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində ölkəmizə dair zəngin kitabxananın yaradılması işi həyata keçirilir. Kitabxanaya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Özbək dilində nəşr olunan kitablar hədiyyə olunacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaradılacaq Mərkəzin kitabxanasının ölkəmizə dair Azərbaycan və başqa dillərdə nəşrlərlə zənginləşdirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına müraciət edilmiş və hər iki müəssisə layihəyə dəstək nümayiş etdirmişlər.

Bununla əlaqədar, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Özbəkistanda yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi üçün zəngin kitab kolleksiyası göndərmişdir. Sözügedən kitabların Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində sərgisi açılmışdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AZƏRTAC-a bildirmişdir ki, yaradılacaq Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün Azərbaycan dili kursları, habelə ana dilimizi daha dərindən öyrənməsinə dəstək göstərilməsi məqsədi ilə kitabxana və kinozal fəaliyyət göstərəcəkdir. Diplomat rəhbərlik etdiyi müəssisənin müraciətinə qısa müddətdə reaksiya və dəstək verən, ölkəmizə dair unikal və nəfis şəkildə nəşr olunmuş kitabların Özbəkistana göndərilməsinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirib. Təşkil olunan sərgiyə marağın böyük olduğunu qeyd edən Samir Abbasov kitabların arasında tariximizə, milli mədəniyyətimizə, Azərbaycan ədəbiyyatına dair olduqca maraqlı nəşrlərin yer aldığını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən əldə olunan məlumata görə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası da Özbəkistanda Azərbaycan dilinin tədrisi, habelə yaradılacaq Mərkəzin kitabxanası üçün nəşr kolleksiyası hazırlayır. Yaxın günlərdə sözügedən kolleksiya Daşkəndə göndəriləcəkdir.

Qeyd edək ki, Universitetdə yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi daimi internetlə Azərbaycan kitabxanalarının Elektron kitabxanalarından istifadə etmək imkanı əldə edəcək və Mərkəzdə Azərbaycan alimləri, ədəbiyyatşünasları ilə görüşlər, seminarlar, açıq dərslər, mühazirələr təşkil ediləcəkdir.

Azərbaycan ocağı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində fəaliyyət göstərəcək “Türkologiya” kafedrasının nəzdində Türkdilli xalqların arasında zəngin ənənələrə və ədəbiyyata malik Azərbaycan dilini və ədəbiyyatını təbliğ edəcəkdir.

12.01.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası