Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda Azərbaycanda olan Nəvai əlyazmalarının surətləri Özbək tərəfinə bağışlanıb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində təşkil olunan Beynəlxalq Konfrans dahi Özbək şairi Əlişir Nəvainin doğum günü münasibəti ilə hər il keçirilir və konfransda dünyanın müxtəlif ölkələrindən Nəvaişünaslar iştirak edirlər.

Beynəlxalq Konfransda Özbəkistan alimləri ilə yanaşı, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Rusiya, Fransa, Əfqanıstan, Hindistan, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn nəvaişünas alimlər iştirak edib.

Azərbaycanı bu konfransda ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər təmsil ediblər.

Konfransı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib.

O, Özbək dili və ədəbiyyatında Əlişir Nəvai yaradıcılığı haqqında danışaraq, dünyada Əlişir Nəvai irsinin təbliği ilə bağlı görülən işlərdən danışıb.

Tədbirdə Böyük Britaniyanın, Türkiyənin Özbəkistandakı səfirləri çıxış eərək Əlişir Nəvai şəxsiyyəti, onun Özbək ədəbiyyatında rolu, dünyada mövcud irsi barədə danışaraq, Nəvainin yaratdığı əsərlərin bəşəriyyət ədəbi xəzinəsini zənginləşdirdiyini qeyd ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, konfransın Azərbaycan tərəfi üçün də əlamətdar və maraqlı olduğunu qeyd edib. Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixindən danışan diplomat, vurğulayıb ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin zirvəsində duran şəxsiyyətlərdən biridir. O Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, o dövrdə ədəbi intibahın əsas sütunu, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof olduğunu söyləyib.

Qeyd edək ki, konfrans çərçivəsində Türkiyənin, Böyük Britaniyanın Özbəkistandakı səfirləri Əlişir Nəvainin Türkiyənin Süleymaniyə Kitabxanasında, Britaniyanın Muzey Kitabxanasında saxlanılan əlyazmalarının surətlərini Özbəkistandakı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə təqdim ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəvainin bir sıra əlyazmasının faksmilini rektor Şöhrət Siracəddinova hədiyyə olaraq təqdim edib.

Qeyd edək ki, əlyazmaların surətlərinin qarşılıqlı əsaslarla mübadiləsinə dair ötən ilin dekabr ayında tərəflər arasında xüsusi Memorandum imzalanıb. Konfransda şairin yaradıcılığı, dövlət xadimi kimi fəaliyyəti ilə bağlı 30-dan artıq məruzə dinlənilib.

Konfrans çərçivəsində Ramiz Əskərin “Azərbaycanda özbək ədəbiyyatının tədrisi və Nəvai” mövzusunda məruzəsi dinlənilib.

13.02.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası