Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi uşaq evində keçirilən Novruz şənliyində iştirak edib.

Daşkənd vilayətinin Buka şəhərindəki 15 nömrəli uşaq evində keçirilən Novruz şənliyində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.

Əvvəlcə uşaqlar və müəllimlər Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kitab, foto, Azərbaycanın mənzərələri, Qarabağın milli qadın və kişi geyimləri, suvenirlərdən ibarət sərgi ilə tanış olublar. Sərgidə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair çap olunan çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, dövlətçiliyimizə dair kitablar nümayiş olunub.

Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov iki ölkənin dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında uşaqların elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.

Sonra uşaqlar özbək və dünya xalqlarının mahnı və rəqslərini, AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Konsert başa çatdıqdan sonra uşaqlar bayram süfrəsinə dəvət olunub, onlar plov və müxtəlif şirniyyatlara qonaq ediliblər.

06.03.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası