Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Azərbaycanla Özbəkistan arasında
film sənayesində əməkdaşlıq müzakirə olunub.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi və “Özbəkkino” Milli Agentliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında “Film sənayesində əməkdaşlığın gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib.

Onlayn görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, “Özbəkkino” Milli Agentliyi direktorunun birinci müavini Şuxrat Rizayev, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri İsa Məmmədov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Videokonfransın əsas məqsədi film sənayesi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, bu sahə üzrə mütəxəssislərin yeni tərəfdaş imkanları ilə tanış edilməsi və birgə istehsal üçün açıq olan layihələrin təqdimatı idi.

Görüş zamanı hər iki ölkədə qarşılıqlı kino həftələrinin keçirilməsi, Azərbaycan və Özbəkistan filmlərinin festivallarda iştirakı, milli dəyərlər, ənənələr və mədəniyyət tarixinə əsaslanan birgə kommersiya filmlərinin çəkilməsi və beynəlxalq səviyyəyə çıxarılması barədə söhbət açılıb.

Ortaq layihələrin müzakirəsi zamanı Özbəkistan tərəfi iki qardaş xalqın şairi və yazıçısı Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin, Azərbaycan tərəfi isə Molla (Xoca) Nəsrəddin haqqında birgə filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib.

Videokonfransda 2021-ci ildə böyük özbək şair Əlişir Nəvainin 580 illik və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileylərinin qeyd olunması ilə bağlı bu söz ustadlarının əsərlərinə ictimai marağın, xüsusən də gənclərin marağının artırılmasına xidmət edəcək filmlərin nümayişinin təşkili barədə də danışılıb.

Sonda tərəflər səmərəli fikir mübadiləsindən məmnun olduqlarını, səslənən təşəbbüsləri dəstəklədiklərini və hədəflərin mərhələli şəkildə həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasının vacibliyini qeyd ediblər.

02.12.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası