Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 111
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Azərbaycan politoloqunun “Əmir Teymur fenomeni” kitabının onlayn təqdimatı olub.


Daşkənddə Azərbaycan politoloqu Teymur Atayevin “Əmir Teymur fenomeni” kitabının onlayn təqdimatı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən təqdimat mərasimində Özbəkistanın tanınmış alimləri iştirak edib.

Təqdimatı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Polad Zeynalov açaraq Azərbaycanda olan Vətən müharibəsi haqqında məlumat verib, Silahlı qüvvələrimizin qələbəsi haqqında danışıb, kitabın əhəmiyyətindən söhbət açıb.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov bildirib ki, zaman-zaman Azərbaycanda Əmir Teymurun şəxsiyyəti, sərkərdə kimi fəaliyyəti haqqında əsərlər yazılıb. “Əmir Teymur fenomeni” kitabı da onların arasında öz layiqli yerini tutub.

Tarixçi alim Şuxrat Barlas kitab haqqında öz fikirlərini bölüşüb, deyib ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” dramı Əmir Teymur haqqında yazılan ən qiymətli əsərlərdən biridir. Alim vurğulayıb ki, indiyədək dünyada Əmir Teymur şəxsiyyəti haqqında 600-dan artıq əsər yazılıb. Onların arasında Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” və “Əmir Teymur zirvəyə doğru” kitabları da var.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Aydın Əlizadə Əmir Teymur fenomeni haqqında geniş məlumat verib, onu böyük strateq və sərkərdə kimi təhlil edib.

Professorlar Nigina Şermuxammedova, Gülbaxor Aşurova, Şoxistaxon Ulyajeva, dosent Gülnaz Səttarova, Ukraynadakı “Hamı üçün İslam” portalının baş redaktoru Tatyana Yastremskaya və başqaları kitabın məziyyətləri haqqında söhbət açıblar.

Məruzəçilər Azərbaycan xalqını Vətən müharibəsində qələbə çalması münasibəti ilə təbrik ediblər.

Kitaba “Ön söz”ü tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas yazıb.

Nəşrin sponsoru Daşkənddə yaşayan iş adamı, soydaşımız Nazim Musayevdir.

16.12.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası