Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Azərbaycan alimləri Özbəkistanda “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda iştirak ediblər.
  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan alimləri Özbəkistanda “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda iştirak ediblər.


Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfrans keçirilib.

Konfransa Özbəkistanla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrdən də alimlər qatılıblar.

Tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.

Universitetin rektoru, professor Şuxrat Sirociddinov konfransı açaraq böyük özbək şairi Əlişir Nəvainin yaradıcılığı haqqında məlumat verib, onun ölməz əsərlərinin məziyyətlərindən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Əlişir Nəvainin əsərlərinin Azərbaycanda sevildiyini, vaxtaşırı çap edildiyini diqqətə çatdırıb. O, Nəvainin Azərbaycan şairi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı hesab etdiyini bildirib.

“Əlişir Nəvainin “Xəmsə”si ana dilimizdə” mövzusunda məruzə ilə çıxış edən Ramiz Əsgər ədibin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsi işindən danışıb, bu böyük şairin əsərlərinin təkcə türk dillərinə deyil, dünyanın bütün dillərinə tərcüməsinin zəruriliyini vurğulayıb. Alim bildirib ki, iki il əvvəl Nəvai şəhərində keçirilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda ona Nəvai şəhərinin fəxri vətəndaşı adı verilib.

Konfransda filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Əlişir Nəvainin “Mühakimatül-lüğəteyn” əsərinin türk dilinə təsiri” mövzusunda çıxışı maraqla qarşılanıb. Professorlar Naim Kərimov, İbrahim Xaqqul, Nurbay Jabborov və başqaları da çıxışlarında Əlişir Nəvainin zəngin ədəbi və siyasi irsindən bəhs ediblər.

10.02.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası