Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistanda nəvaişünas, dünya şöhrətli alim Suyima Qəniyevaya həsr olunmuş konfransda Azərbaycan da təmsil olunub.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda nəvaişünas, dünya şöhrətli alim Suyima Qəniyevaya həsr olunmuş konfransda Azərbaycan da təmsil olunub.


Daşkənddəki Nəvai adına Ədəbiyyat Muzeyində tanınmış nəvaişünas və mətnşünas alim, professor, Özbəkistan qəhrəmanı mərhum Suyima Qəniyevanın elmi yaradıcılığı ilə bağlı “Suyima Qəniyevanın elmi irsi və mətnşünaslıq məsələləri” adlı elmi-ədəbi konfrans keçirilib.

Tədbirdə alimlər, elm və mədəniyyət xadimləri, tələbələr, jurnalistlər iştirak edib.

Konfransı filologiya elmləri namizədi Şuxrat Rizayev açaraq, Suyima Qəniyevanın həyatı və yaradıcılığı haqqında məlumat verib.

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov Suyima Qəniyevanı keçmiş SSRİ məkanında tanınmış nəvaişünas və mətnşünas alim kimi xarakterizə edib. O deyib ki, Suyima Qəniyevanın elmi məqalələri Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Rusiya, İran, Tacikistan və digər ölkələrdə çap olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ədəbi əlaqələrimizin inkişafından danışıb, bildirib ki, Suyima Qəniyeva nəvaişünas və mətnşünas alim kimi tanınsa da Şərqin, o cümlədən Azərbaycanın bir çox şair və mütəfəkkirlərini də tədqiq edib. Alim Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və digər klassik şairlərimiz haqqında məqalələr yazıb.

Sonra S. Abbasov Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan “Xəmsə”sini muzeyə hədiyyə edib.

Akademiklər Naim Kərimov, Tura Mirzəyev, professor İbrahim Xakqul, filologiya elmləri namizədi, dosent Kəramət Mullaxojayeva və başqaları Suyima Qəniyevanın elmi irsi, ayrı-ayrı əsərləri haqqında danışıblar.

21.02.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası